Accessibility links

Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlim keçirir


Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən Tbilisi şəhərində üç ölkənin xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı” birgə təlimi keçirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidməti bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin kontingentinin də iştirak etdiyi təlim iyunun 14-dək davam edəcək.

XS
SM
MD
LG