Accessibility links

Azərbaycan Hərbi Hava Qüvvələri taktiki təlim keçirib


 Azərbaycan HHQ-nin taktiki təlimləri
Azərbaycan HHQ-nin taktiki təlimləri

Мüdafiə naziri Zakir Həsənovun rəhbərliyi və baş nazirin birinci müavini Yaqub Eyyubovun iştirakı ilə Hərbi Hava Qüvvələri döyüş helikopterlərinin uçuş-taktiki təlimləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, təlimlərdə hərbi pilotlar qarşı tərəfin müxtəlif obyektlərinin, hərəkət edən və hərəkətsiz zirehli texnikasının, o cümlədən digər hədəflərin aşkarlanması və müəyyən edilməsi üzrə normativ tapşırıqları yerinə yetiriblər.

Eyni zamanda aviasiya texnikasını ehtiyat və əməliyyat aerodromlarına yerdəyişməsi üzrə yerüstü xidmətlərin hazırlıq fəaliyyəti də yoxlanılıb.

XS
SM
MD
LG