Accessibility links

Qazaxıstanın müdafiə naziri Azərbaycana gələcək


Müdafiə nazirliyi

Müdafiə nazirliyi

Qazaxıstanlı nazirin səfəri aprelin 22-dək davam edəcək

Aprelin 21-də Qazaxıstanın müdafiə naziri Serik Axmetov Azərbaycana rəsmi səfərə gələcək.

Amerikanın Səsi Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, səfər proqramı çərçivəsində S.Axmetovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşü, Silahlı Qüvvələrin Hərbi Akademiyası və H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı gözlənilir.

Səfər aprelin 22-dək davam edəcək.

Qeyd edək ki, Bu, S.Axmetovun yeni vəzifədə xaricə ilk səfəri olacaq. S.Axmetov müdafiə naziri vəzifəsinə aprelin 3-də təyin edilib.

Bundan əvvəl o, Qazaxıstanın Baş naziri postunu tutub.
XS
SM
MD
LG