Accessibility links

Komanda Qərargah Hərbi Oyunları sona çatıb


Müdafiə naziri Zakir Həsənov döyüş bölgəsində

Müdafiə naziri Zakir Həsənov döyüş bölgəsində

Müdafiə naziri oyunların yekunlarına dair müşavirə keçirib

Müdafiə naziri Zakir Həsənov Komanda Qərargah Hərbi Oyunlarının yekunlarına dair müşavirə keçirib.

Müdafiə Nazirliyinin məlumatına görə, nazir hərbi əməliyyatlar zamanı mülki əhalinin, hərbi və mülki obyektlərin, təsərrüfat sahələrinin, kommunikasiyaların və digər həyati əhəmiyyətli sahələrin mühafizəsində, həmçinin səfərbərlik ehtiyatlarının vaxtında toplanmasında, qəbulunda yerli icra orqanları ilə qarşılıqlı əlaqələrin daha sıx olmasının vacibliyini də diqqətə çatdırıb.

Müdafiə naziri Ermənistanla çətin radioelektron mübarizə şəraitində, qarşılıqlı əlaqəli fəaliyyətin təşkilinə və bölmələrin dəqiq idarə edilməsinə xüsusi diqqət yönəldilməsini və gələcəkdə də bu istiqamətdə səmərəli tədbirlərin görülməsini tələb edib.

Şəxsi heyətin döyüşə hazırolma və döyüş qabiliyyətini, peşəkarlığını yüksək qiymətləndirən müdafiə naziri belə təlimlərin keçirilməsinin əhəmiyyətini bir daha diqqətə çatdıraraq komandir-rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub.

XS
SM
MD
LG