Accessibility links

Azərbaycan və Böyük Britaniya müdafiə nazirlikləri qərargah danışıqları keçirib


Martın 9-da Azərbaycan və Böyük Britaniya müdafiə nazirlikləri arasında Qərargah danışıqları keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tədbirdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, sülhməramlı əməliyyatlar üzrə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Danışıqların yekunu olaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazırliyi arasında 2017/2018-ci maliyyə ili üçün hərbi əməkdaşlıq planı” imzalanıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG