Accessibility links

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı


Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Azərbaycanın müdafiə naziri Səfər Əbiyev
Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Azərbaycanın müdafiə naziri Səfər Əbiyev

Azərbaycan və Gürcüstan ekspert qrupu yaradıb vahid layihələr üzərində işə başlayacaq

Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov ekspertlər qrupunu yaratmaq və birgə layihələr üzrə işə başlamaq qərarına gəliblər. Bu barədə Gürcüstanın Müdafiə Nazirliyinin mətbuat xidməti martın 19-da məlumat yayıb.

Gürcüstan Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 17-dən Bakıda ikigünlük səfərdədir. Səfər zamanı İ.Alasaniya ölkə prezidenti və xarici işlər naziri ilə görüşlər keçirib.

“Biz strateji əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik. Bu cür tərəfdaşlıq üçün ciddi əsas Gürcüstanın baş nazirinin Bakıya gəlişindən sonra qoyulub ki, bu da ikitərəfli əməkdaşlığa yeni təkan verib”, - İ.Alasaniya Azərbaycan prezidenti ilə görüşündən sonra bildirib.

İ.Alasinya Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə Gürcüstanla Azərbaycanın Əfqanıstanda ISAF əməliyyatında iştirakını müzakirə edib.

“Biz xarici siyasət və beynəlxalq institutlarla bağlı vahid, koordinasiya edilmiş mövqeyimiz, həmçinin Gürcüstan və Azərbaycan hərbçilərinin Əfqanıstanda beynəlxalq əməliyyatlarda iştirakı barədə danışdıq”, - İ.Alasaniya vurğulayıb.

Bundan əvvəl İ.Alasaniya və Səfər Əbiyev 2013-cü il üçün müdafiə sahəsində əməkdaşlıq planını imzalayıb.
XS
SM
MD
LG