Accessibility links

2015-ci ilin ötən 10 ayı ərzində Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda ümumilikdə 64 hərbi qulluqçu dünyasını dəyişib.

Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (Caspian Defense Studies Institute) Azərbaycanın KİV və sosial şəbəkələr üzərində apardığı monitorinqin nəticələrinə əsaslanaraq məlumat yayıb.

İnstitutun məlumatına görə, onlardan 31-i döyüş (28-i erməni gülləsi, 3 nəfəri mina partlayışı), 33 nəfəri isə qeyri-döyüş itkiləridir. Belə ki, 8 nəfər intihar edib, 8 nəfər qeyri-nizamnamə hadisəsi (bir-birini güllələmə), 5 nəfər avtoqəza nəticəsində, 3 nəfər ehtiyatsızlıqdan, 2 nəfər qar uçqunundan, 2 nəfər günvurmadan, bir nəfər naməlum səbəbdən, 4 nəfərsə xəstəlikdən dünyasını dəyişib. Dünyasını dəyişənlərin 57-si Müdafiə Nazirliyinin, 3-ü Dövlət Sərhəd Xidmətinin, 2-si Fövqəladə Hallar Nazirliyinin və 2-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır.

Ötən dövrdə 17 hərbi qulluqçumuz bu və digər səbəblərdən yaralanıb və ya xəsarət alıb. 11 hərbi qulluqçu erməni gülləsindən, iki nəfər avtomobil qəzasından, bir nəfər mina partlayışından, bir nəfər qeyri nizamnamə hadisələrindən, bir nəfər intihar cəhdindən, başqa bir nəfərsə bədbəxt hadisə nəticəsində yaralanıb və ya xəsarət alıb. Yaralananların biri Fövqəladə Hallar Nazirliyinə, digərləri isə Müdafiə Nazirliyinə aid olan bu və digər hərbi hissələrdə xidmət edirlər.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu Azərbaycanın Müdafiə Təhlükəsizlik sektorunda baş verən itkilərin sayının reallıqda artıq ola biləcəyini istisna etmir.

XS
SM
MD
LG