Accessibility links

Birinci rübün hərbi itkiləri: 17 hərbçi


“Doktrina” Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli

25 hərbi qulluqçu isə yaralanıb və ya xəsarət alıb

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi (JHAM) 2014-cü ilin I rübündə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun itkiləri barədə hesabat yayıb.

Sənədə görə bu müddət ərzində 17 nəfər dünyasını dəyişib, 25 nəfər yaralanıb və ya xəsarət alıb. Bu itkilərdən yalnız 5-i döyüş (erməni gülləsi), 12-si isə qeyri-döyüş itkiləridir.

Belə ki, 6 nəfər intihar (özünü asmaq, güllələmək) edib. 3 nəfər avtoqəza, 3 nəfər isə xəstəlik nəticəsində dünyasını dəyişib. Dünyasını dəyişənlərin 15-i Müdafiə, 2-si isə Ədliyyə nazirliklərinin hərbi qulluqçularıdır. 25 nəfər yaralı və ya xəsarət alanlara gəlincə, onların 12-si qeyri-nizamnamə hadisələrinin (o cümlədən ehtiyatsızlıqdan), 3-ü intihara cəhdin, 2-si erməni gülləsinin, 2-si mina partlayışının, 6-sı isə avtoqəzanın nəticəsidir. 22 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 2 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfər isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayının hərbi qulluqçusudur.

Müvafiq dövrdə Azərbaycanın üç mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb. Ermənistanın 2 mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb və onlardan biri qaytarılıb.
XS
SM
MD
LG