Accessibility links

Hərbi itkilər 77 nəfər təşkil edir


“Doktrina” Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli

“Doktrina” Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli

115 nəfər yaralanıb

2014-cü ilin yanvar-avqust aylarında Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun itkiləri 77 nəfər təşkil edib. Ötən müddətdə 115 nəfər yaralanıb və ya xəsarət alıb. Bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi məlumat yayıb.

Xəbərdə deyilir ki, müvafiq dövrdə dünyalarını dəyişənlərin 25-i döyüş (erməni gülləsi), 3-ü mina partlayışı, 49-u qeyri-döyüş itkiləridir. 13 nəfər avtoqəzadan, 2 nəfər naməlum səbəbdən, 7 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 3 nəfər bədbəxt hadisədən (suda boğulma, elektrik cərəyanı), 9 nəfər xəstəlikdən dünyasını dəyişib. 15 nəfər intihar və ya ehtiyatsızlıq nəticəsində (asma, güllələmə, ehtiyatsızlıq) dünyasını dəyişib. Dünyasını dəyişənlərin 67-i Müdafiə Nazirliyinin, 4-ü Ədliyyə Nazirliyinin, 3-ü Daxili Qoşunların, 3-ü Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (115 nəfər), onların 23-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 8-i intihara cəhddən, 26-ı erməni gülləsindən, 10 nəfər mina partlayışından, 3 nəfər qumbara partlayışı, 2 nəfər təlimdə, 37-si avtoqəza nəticəsində, 5 nəfər bədbəxt hadisədən (elektrik cərəyanı, yanıq) yaralanıb və ya xəsarət alıb. 1 nəfər zəhərlənib. 99 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 7 nəfər Daxili Qoşunlar, 7 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, 1 nəfər Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayının hərbi qulluqçusudur.

Müvafiq dövrdə 1 nəfər hərbi çağırışçı avtomobil qəzasından dünyasını dəyişib.

Ötən dövrdə Azərbaycanın 16 mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb, 2 nəfərsə dünyasını dəyişib.

Araşdırma Mərkəzi bildirir ki, bu il 2 Azərbaycan mülki vətəndaşı Ermənistan tərəfindən girov götürülüb.

Eyni zamanda Ermənistanın 4 mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb (üçü qaytarılıb, biri barədə rəsmi məlumatlar verilmir). Bundan başqa bir Ermənistan vətəndaşı (Müdafiə Nazirliyinin məlumatına görə Ermənistan təxribat dəstəsinin üzvü) Azərbaycan tərəfindən əsir götürülüb, bir müddət sonra onun öldüyü xəbəri yayılıb.

XS
SM
MD
LG