Accessibility links

Yanvar-mart aylarında 12 hərbi qulluqçu dünyasını dəyişib


Cəbhə xətti

Cəbhə xətti

2015-ci ilin ötən dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda ümumilikdə 12 hərbi qulluqçu dünyasını dəyişib. Onlardan 8-i döyüş, 4 nəfəri isə qeyri-döyüş itkiləridir. Belə ki, 7 nəfər erməni gülləsindən, 1 nəfər mina partlayışından, 2 nəfər qeyri-nizamnamə hadisələrindən, 1 nəfər silahla ehtiyatsız davranmadan, 1 nəfərsə xəstəlikdən dünyasını dəyişib. Dünyasını dəyişənlərin hamısı Müdafiə Nazirliyinin hərbi qulluqçularıdır. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (Caspian Defense Studies Institute) məlumatında deyilir.

Ötən dövrdə 5 hərbi qulluqçu bu və digər səbəblərdən yaralanıb və ya xəsarət alıb. 3 hərbi qulluqçu erməni gülləsindən, 1 nəfər mina partlayışından, 1 nəfərsə qeyri nizamnamə hadisələrindən yaralanıb və ya xəsarət alıb. Yaralananlar Müdafiə Nazirliyinə aid olan bu və digər hərbi hissələrdə xidmət edirlər.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun araşdırmalarına görə, ötən illərlə müqayisədə Azərbaycan ordusunun döyüş itkiləri kəskin artıb.

“Ötən illərlə müqayisədə Azərbaycanın təhlüükəsizlik və müdafiə sektorunda itkilərin monitorinqini həyata keçirmək xeyli çətinləşib. Ona görə ki, Müdafiə Nazirliyi və təhlükəsizlik və müdafiə sektorunda təmsil olunan digər güc strukturları əksər hallarda itkiləri gizlətməyə, hərbi sirr kimi qələmə verməyə səy göstərirlər. Əldə olunan məlumata görə, hökumətə loyallıq göstərən ölkə mətbuatına əsgər ölümlərini işıqlandırmamaq göstərişi verilib”, Xəzər Hərbi Tədqiqatlar İnstitutu bildirir.

XS
SM
MD
LG