Accessibility links

Parada 5 min hərbçi, 300 hərbi texnika, 100 təyyarə və vertolyot, 40 hərbi gəmi cəlb olunub

İyunun 26-da Azərbaycanda Silahlı Qüvvələr günü qeyd edilir.
Silahlı Qüvvələr Günü münasibəti ilə ölkənin baş meydanında harbı parad keçiriləcək. Silahlı Qüvvələr 10 gün əvvəldən məşqlərə başlayıb. Paytaxt səmasında tez-tez hərbi təyyarələrin və vertolyotların təlim məşqləri nümayiş etdirir.

Azərbaycan Müdafiə Nazirlitinin məlumatına görə, Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi münasibətilə Azadlıq Meydanında sabah keçiriləcək hərbi paradda 5000-dən çox şəxsi heyətin iştirakı nəzərdə tutulur. Son illər yeni istehsal olunan və modernləşdirilmiş texnika, o cümlədən müasir silah sistemlərinin nümayişi ilə yadda qalacaq hərbi parada 300-ə yaxın texnika və silah sistemləri, 100-dən çox təyyarə və vertolyot, 40-a yaxın gəmi və kater cəlb olunacaq.

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə hərbi paradın raportunu müdafiə naziri Səfər Əbiyev verəcək.

Azərbaycanda ilk həbi parad 1993-cü il oktyabrın 9-da keçirilib.
XS
SM
MD
LG