Accessibility links

Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirir


Azərbaycan və Türkiyə birgə hərbi təlimi

Azərbaycan və Türkiyə birgə hərbi təlimi

Azərbaycan-Türkiyə birgə təlimləri bundan sonra hər il növbə ilə Azərbaycan və Türkiyədə keçiriləcək

İyulun 16-da Azərbaycan Silahlı Qüvvələrin Qaraheybət Təlim Mərkəzində Azərbaycan-Türkiyə birgə təliminin açılış mərasimi olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin Əməliyyat Baş İdarəsinin rəisi Eyvaz Cəfərov Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini bildirib. “Hər iki ölkə rəhbərlərinin iştirakı ilə 2011-ci ildə İzmirdə, 2012-ci ildə isə Qəbələdə Azərbaycan və Türkiyə birgə hərbi təlimi

Azərbaycan və Türkiyə birgə hərbi təlimi

keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasları mühüm əhəmiyyət daşıyır. İlk dəfə keçirilən genişmiqyaslı birgə təlim yüksək səviyyədə qəbul edilmiş qərarların nəticəsidir”, o qeyd edib.

Tədbirdə həmçinin vurğulanıb ki, tərəflər bu birgə təlimi keçirməklə hər iki dövlət rəhbərliyinin qarşıya qoyduğu mühüm tapşırıqları icra etmiş olacaqlar.

General-mayor Eyvaz Cəfərov bildirib ki, bu təlimlər Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılması, əməliyyat uzlaşmasının əldə edilməsi, o cümlədən regionda təhlükəsizlik və stabilliyin təmin edilməsi baxımından çox vacibdir.

Azərbaycan-Türkiyə birgə təlimləri bundan sonra hər il növbə ilə Azərbaycan və Türkiyədə keçiriləcək.
XS
SM
MD
LG