Accessibility links

Hərbi təlim zamanı raket buraxılışları və bombalama olub [Fotoqalereya]


Hərbi təlim
Hərbi təlim

Fevralın 4-də Azərbaycan Ordusunun irimiqyaslı təlimlərində döyüş atışları icra olunmaqla əsas mərhələsi keçirilib.Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə deyilir ki, müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən qəflətən döyüş hazırlığı vəziyyətinə gətirilən birləşmə və hərbi hissələrin ön dəstələri dəstək zolağını qət edərək şərti düşməni məhv etməklə hücum edən əsas qüvvələrin döyüşə girməsini təmin etmək tapşırığını müvəffəqiyyətlə yerinə yetirib.

Qoşunlar əvvəlcədən hazırlanmamış ərazidə "düşmənə" atəşlə tələfat verərək, onunla bilavasitə təmas vəziyyətindən hücum əməliyyatları üzrə tapşırıqları yerinə yetirib.

Təlimlərdə iştirak edən bütün qoşun növlərinin döyüş hazırlığının səviyyəsi, tapşırıqların yerinə yetirilməsinin operativliyi və səmərəliliyi, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, qarşıya qoyulan tapşırıqların icrası yoxlanılıb.

Təlim poliqonunda motoatıcı və tank bölmələrinin, raket və artilleriya qurğularının, zenit-raket komplekslərinin, döyüş təyyarə və helikopterlərinin döyüş atışları icra olunub, praktiki raket buraxılışları və bombalama həyata keçirilib.

XS
SM
MD
LG