Accessibility links

Azərbaycan Silahlı Qüvvələrinin hərbi təlimində Türkiyə də iştirak edib [Fotoqalereya]


Azərbaycan Silahlı Qüvvələri Türkiyədə çoxmillətli birgə xüsusi təyinatlı qüvvələri təlimində

Azərbaycan Silahlı Qüvvələri Türkiyədə çoxmillətli birgə xüsusi təyinatlı qüvvələri təlimində

Təlimlərdə yeni texnikalar nümayiş etdirilib

Azərbaycan Silahlı Qüvvələrinin Mühəndis-İstehkam Qoşunlarının döyüş hazırlığı təlimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, təlimin keçirilməsində əsas məqsəd mürəkkəb əməliyyat şəraitində hərbi əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi ilə bağlı komandirlərin bacarığını və bölmələrin idarə edilməsini praktiki fəaliyyətdə yoxlamaq, qərargahların döyüşə hazırolma dərəcələrinə gətirilmə vərdişlərini təkmilləşdirmək, yaranmış şəraitə uyğun əsaslandırılmış qərar qəbul etmək, vəziyyəti qiymətləndirməkdir.

Həmçinin şəxsi heyətin bölmələr tərkibində mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi zamanı onların mənəvi-psixoloji dözümlülüyünü artırmaq da əsas məqsədlərdən olub.

Mətbuat xidməti bildirir ki, plana əsasən, əvvəlcə hərbi hissə döyüşə hazır vəziyyətə gətirilib və əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi üzrə tapşırıqlar məşq edilib.

Bölmələr birbaşa təyinatları üzrə praktik məşğələdə iştirak edib, şəxsi heyətə xüsusi avadanlıq, mühəndis qoşunlarında silahlanmaya yeni qəbul edilmiş müasir texnika və vasitələr barədə məlumat verilib. Burada tank körpüquranları, maneələğvetmə texnikası, partlamayan maneələr və mühəndis döyüş sursatlarının yeni növləri nümayiş edilib. Həmçinin ponton-körpü salmaqla su maneələrinin keçilməsi, maneələğvetmə və mühəndis yol bölmələri tərəfindən mina sahələrində əl və partlayış üsulu ilə keçidlərin açılması, məftil maneələrin dəf edilməsipraktiki olaraq yerinə yetirilib.

Bununla yanaşı, Azərbaycan Silahlı Qüvvələri iyunun 6-dan 12-dək Türkiyədə çoxmillətli birgə xüsusi təyinatlı qüvvələri təlimində iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, təlimdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri ilə yanaşı Türkiyə, Bolqarıstan və Gürcüstan hərbçiləri də iştirak edir.

XS
SM
MD
LG