Accessibility links

Gürcüstanda 178 kiloqram heroin tutulub


Heroin
Heroin

Gürcüstan gömrükçüləri Azərbaycandan gələn yük maşınında 178 kq heroin aşkar edib. Gürcüstanın Gömrük İdarəsinin məlumatına görə, narkotik yük maşınının xüsusi təchiz edilmiş gizli yerində gizlədilib.

Narkotiklər 356 briketdə qablaşdırılıb. Yük İrandan Azərbaycan, Gürcüstan və Ukrayna vasitəsilə Niderlanda daşınırdı.

Yük maşınının kimə məxsus olduğu, sükan arxasında kimin olduğu bildirilmir. Gürcüstan Daxili İşlər Nazirliyində istintaq başlayıb, saxlanılanlar haqqında məlumat verilmir.

Sözügedən marşrut üzrə böyük həcmdə narkotik daşınması çoxdan aşkar edilib. Ən çox səs-küyə səbəb olan hadisə iki il əvvəl qeydə alınıb, həmin vaxt Gürcüstan gömrükçüləri Azərbaycandan gələn yük maşınında bir tona yaxın heroin aşkar etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG