Accessibility links

Azərbaycan gömrükçüləri Xaçmaz Gömrük İdarəsinin (Bakıdan 160 kilometr şimal) “Samur” gömrük postunda külli miqdarda narkotik vasitənin ölkə ərazisindən tranzit keçirilməklə qaçaqmalçılıq yolu ilə aparılmasının qarşısını alıb.

Heroin

Heroin

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatına görə, İrandan Ukraynaya kişmiş aparan yük avtomobilindən ümumi çəkisi 486 kq 698,88 qram heroin aşkar edilərək götürülüb. Heroin 1800 ədəd “kişmiş” yüklü karton qutuların arasında yük yerinin orta hissəsində 114 ədədinin daxilində kişmişlərin altında sellofan paketə qablaşdırılıbmış.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

XS
SM
MD
LG