Accessibility links

Tələbat hərraca çıxarılan valyutadan 4 dəfə çox olub


Dollar
Dollar

Martın 9-da Mərkəzi Bankın keçirdiyi növbəti valyuta hərracında kommersiya banklarının cari valyuta tələbatı Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) satışa çıxardığı valyuta kütləsini təxminən 4 dəfə üstələyib. Bu barədə Report Agentliyi məlumat yayıb.

Xatırladaq ki, ARDNF bügünkü hərraca 50 mln. ABŞ dolları məbləğində vəsait çıxarsa da, kommersiya banklarının sifarişləri toplam olaraq 200 mln. dollara yaxın olub. Nəticədə, hərracın yekununda tələb təqribən 25% səviyyəsində təmin edilib.

Sövdələşmələr 1,6309 AZN/USD məzənnəsi ilə aparılıb və artıq martın 10-da rəsmi məzənnənin də ən azı bu səviyyədə müəyyənləşdiriləcəyi gözlənilir.

Agentliyin analitik qrupu dolların rəsmi məzənnəsinin qısa müddətdə 1,85-2,10 AZN/USD diapazonuna çatacağını və müəyyən səviyyədə sabitləşəcəyini düşünür.

"Azərbaycan Mərkəzi Bankının ən geci may ayının əvvəlində sabit valyuta məzənnəsi haqqında qərarını açıqlayacağı ehtimal edilir. Belə olarsa, artıq 2016-cı ilin ikinci yarısında ÜDM-də ciddi artım gözləmək olar", analitik qrup qeyd edir.

XS
SM
MD
LG