Accessibility links

BMT və Kimyəvi Silahların Yasaqlanması Təşkilatının bildirdiyinə görə, Suriya hökuməti kimyəvi silahlardan üçüncü dəfə istifadə edilməsinin məsuliyyətini daşıyır.

Təşkilatların dördünca hesabatında deyilir ki, BMT-nin Təhlükəsizlik Şurasına göndərilən 13 aylıq araşdırmaların nəticələri 2015-ci ilin mart ayının 16-da hökumətin Qmenas bölgəsində kimyəvi silahlardan sitifadə etdiyinə dair əsaslı dəlillər olduğunu göstərib.

Hesabatda prezident Əsəd hökuməti xlorin qazı olan kaset bombalar atmaqda ittiham edilir.

Təhqiqatçılar hərbi birləşmənin personalını müəyyən edə bilməsə də, silahların Suriyanın 63-cü vertolyot briqadasına məxsus olduğunu təsdiqləyib. Hesabatda məsulların hesab verməsinə çağırılır.

Son 5 ildə Suriya münaqişəsinin tərəfləri biri-birini kimyəvi silahlardan istifadə etməkdə günahlandırır.

Qmenasdan əlavə Suriya hökuməti 2014-cü ilin aprel ayının 21-də Tamenes və 2015-ci ilin mart ayının 16-da Sarmin bölgələrində xlorin qazından istifadə etməkdə günahlandırılır.

Hesabatda Suriya hökumətinin 3, İŞİD-in isə 1 kimyəvi hücuç həyata keçirdiyi bildirilir.

ABŞ, Britaniya və Fransa BMT-nin Təhlükəsizlik Şurasını Suriya hökumətinə qarşı sanksiyaların tətbiqinə cağırıb. Rusiya və Çin isə sanksiyalara veto tətbiq edəcəyini bildirib.

Hesabat gələn həftənin çümə axşamı günü BMT-də müzakirəyə çıxarılacaq.

XS
SM
MD
LG