Accessibility links

Cəmil Həsənli seçki təşviqatının yekunları ilə bağlı hesabat açıqlayıb [Video, Amerikanın Səsinə qısa müsahibə]


Cəmil Həsənlinin yekun mətbuat konfransı
please wait

No media source currently available

0:00 0:07:49 0:00

Cəmil Həsənlinin yekun mətbuat konfransı

Hesabatda seçkiqabağı təşviqat kampaniyasının qeyri-demokratik şəraitdə keçdiyi qeyd olunub. Həsənli jurnalistləin çoxsaylı suallarına cavab verib.

Oktaybrın 7-də Müsavat Partiyasının qərargahında Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənlinin seçki təşviqatının yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

Konfransda Cəmil Həsənlinin Seçki Qərargahının 9 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası prezident seçkiləri üzrə seçkiqabağı siyasi durum və təşviqat kampaniyasının nəticələri haqqında hesabatı səsləndirilib.

Hesabatda qeyd olunub ki, 9 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasında prezident seçkilərinin səsvermə gününədək olan mərhələsinin, həmçinin seçkiqabağı təşviqat kampaniyasının qeyri-demokratik şəraitdə və ədalətli olmayan hüquqi baza əsasında ciddi qanun pozuntuları və inzibati resurslardan kütləvi sui-istifadə halları ilə keçirilib.

Cəmil Həsənlinin Seçki Qərargahı bəyan edir ki, geridə qalan seçki mərhələsi seçicilərin məlumat mənbələrinə çıxış imkanlarının məhdudlaşdırılması, rejimin siyasi opponentlərinə güc vasitəsilə təzyiqi, prezidentliyə namizəd Cəmil Həsənliyə qarşı böhtan və təhqir kampaniyasından istifadə edilməsi və cəmiyyətdə siyasi qarşıdurmanın artırılması şəraitində keçib.

9 oktyabr 2013-cü il prezident seçkilərinin seçkiqabağı təbliğat-təşviqat dövrü Azərbaycanda son 20 ildə keçirilən əvvəlki seçkilərdə olduğu kimi azad, demokratik, həqiqi və ədalətli seçkilərlə bağlı BMT-nin, ATƏT-in və Avropa Şurasının beynəlxalq öhdəliklərində nəzərdə tutulan tələblərə uyğun gəlməyib.

Bütün bu dövr ərzində seçicilərlə görüşlər, mitinqlər və tədbirlər zamanı bir qayda olaraq icra hakimiyyəti orqanlarının təşkil etdiyi təxribatlar, təzyiqlər və maneələrlə üzləşilib. İctimai TV-də və Radioda çıxış etmək üçün həddən artıq az vaxt ayrıldığı üçün Cəmil Həsənli bu quruma ötən seçkilərə nisbətən qəsdən dəfələrlə bahalaşdırılmış pullu efir vaxtı üçün müraciət edib, lakin Seçki Məcəlləsi kobud şəkildə pozularaq ona pullu efir vaxtı ayırmaqdan açıq şəkildə imtina edilib.

Beynəlxalq öhdəliklər

Azərbaycan hakimiyyəti azad və ədalətli seçkilərin keçirilməsi üzrə beynəlxalq öhdəliklərinin heç birini yerinə yetirməyərək, indiyədək Avropa Şurası Parlament Assambleyası (AŞ PA), Avropa Şurası Venesiya Komissiyası (AŞ VK) və ATƏT-n Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) tövsiyələrinə əməl etməyib.

Xüsusi olaraq qeyd edək ki, 2003-cü ildən indiyədək AŞ PA, AŞVK və ATƏT/DTİHB Azərbaycanda keçirilən seçkilərdən sonra qanunvericilik aktlarının və seçki təcrübəsinin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürsə də, hakimiyyət bu qurumlarla dialoq və əməkdaşlıqdan yayınıb, seçki qanunvericiliyində mütərəqqi islahatlar əvəzinə, 2008 və 2010-cu illərdə Seçki Məcəlləsinə mürtəce dəyişikliklər edib.

Cəmil Həsənlinin Seçki Qərargahı 9 oktyabr 2013-cü il prezident seçkisinin ötən mərhələsində hüquqi proseduraların və demokratik seçki prinsipləri üzrə beynəlxalq standartların ciddi şəkildə pozulduğunu nəzərə alaraq bəyan edir:

Seçki Qərargahı hakimiyyətdən və seçki komissiyalarından seçki günü səsvermənin və onun nəticələrinin müəyyənləşməsinin qanuni, şəffaf və ədalətli olmasını; seçki gününədək və bundan sonra seçki qanunlarının pozulması ilə bağlı obyektiv araşdırma aparmağı və günahkarların cəzalandırılmasını tələb edir.

Seçki Qərargahı hakimiyyətin özünə yaxın qurumlar vasitəsi ilə exit-pollar keçirməyə hazırlaşmasını pisləyir və bunun seçki nəticələrinin saxtalaşdırılacağına yardım məqsədi daşıdığını bəyan edir.

Seçki Qərargahı yerli və beynəlxalq seçki müşahidəçilərini, həmçinin seçki ilə bağlı mövqelərini açıqlayan beynəlxalq təşkilatları və ayrı-ayrı dövlətləri tərəfsizliyə və obyektivliyə çağırır.

Cəmil Həsənli jurnalistlərin çoxsaylı sullarına cavab verib. Həsənli Ameikanın Səsinin suallarının cavabında səsvermənin nəticələri saxtalaşdırılarsa konsitusiya və qanunvericiliyə uyğun addımlar atılacağını, o cümlədən kütləvi aksiyaların keçiriləcəyini bildirirb.

O həmçinin müstəqil sorğu mərkəzlərinə istinad edərək azı 63 faiz səs toplayacağına ümid edir.

Həsənli beynəlxıaq təşkilatların Azərbaycanda seçki demokratiyası ilə bağlı apardığı işlərlə bağlı Amerikanın Səsinin sualının cavabında bu təşkilatları tənqid edib. O Avropa Şurasını xüsusilə tənqidə məruz qiyub. "Avropa Şurası son on ildə Azərbaycana Avropa demokratiyasını gətirməyib, əvəzində Azərbaycan öz qaydalarını Avropa Şurasına aparıb", namizəd qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG