Accessibility links

Yeni sədr Vüqar Gülməmmədov bundan öncə qurumda şöbə müdiri olub

Milli Məclis noyabrın 22-də Vüqar Tapdıq oğlu Gülməmmədovu Hesablama Palatasın;n yeni sədri seçib.

Hesablama Palatasının sabiq sədri Heydər Əsədov kənd təsərrüfatı naziri təyin olunub.
Vüqar Gülməmmədov 1971-ci ildə Bakıda anadan olub, 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun istehsalın iqtisadiyyatı və idarəedilməsi fakültəsini bitirib.

1992-ci ildə Suraxanı maşınqayırma zavodunda tərcüməçi işləyib. 1993-1997-ci illərdə Suraxanı rayon Səhiyyə şöbəsində baş mühasibin müavini, baş mühasib vəzifələrində çalışıb.

1997-2007-ci illərdə Azərbaycan Maliyyə Nazirliyinin Suraxanı rayon Maliyyə şöbəsinin müfəttişi, rəis müavini, şöbə müdiri, Səbail rayon Maliyyə idarəsinin rəis müavini, şöbə rəisi, Binəqədi rayon Maliyyə idarəsinin rəis müavini, sektor rəisi, Yasamal rayon Maliyyə idarəsinin rəis müavini, sektor rəisi olub.

2007-ci ildən Azərbaycan Hesablama Palatasının Xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyir.
XS
SM
MD
LG