Accessibility links

Ruhani: Mənim hökumətim ABŞ-la münasibətlərdə gələcəkdə daha böyük addımlar atacaq


Həsən Ruhani

Həsən Ruhani

Iran prezidenti Amerika prezidenti ilə telefon söhbətinin təfərrüatından danışıb

İran prezidenti Həsən Ruhani oktyabrın 2-də jurnalistlərə açıqlamasında ABŞ prezidenti Barak Obama ilə telefon söhbətinin təfərrüatından danışıb.

“Media forum” saytının məlumatına görə, Ruhani deyib ki, Obama ilə görüşməsi üçün Amerika tərəfi beş dəfə İran nümayəndə heyətinə müraciət edib:

“Lakin onların bu istəyi cavabsız qoyuldu. Sonra belə bir təklif irəli sürüldü ki, Obama ilə BMT koridorlarında bir neçə dəqiqəlik görüşüb söhbət edək. Lakin onların bu təklifi də alınmadı. Məhz bundan sonra ABŞ mediasında belə bir hay-küy qaldırıldı ki, guya İran Amerikanı təhqir edib.

Söhbət təhqirdən getmir. İki ölkə prezidentinin 35 illik fasilədən sonra bir-biri ilə görüşüb müzakirə aparmasından söhbət gedirdi. Lakin bunun üçün lazımi şərait və zəmin yaranmamışdı. Nəhayət, belə bir fikir ortaya atıldı ki, Obama bizə zəng etsin. Beləliklə, Tehrana qayıtmaq üçün hoteldən çıxıb aeroporta gedəndə Obamadan bizim səfirin mobil telefonuna zəng gəldi və bu danışıq baş tutdu.

Hesab edirəm ki, mənim ABŞ prezidenti ilə telefonla danışmağım irəliyə atılan kiçik bir addım idi. Mənim hökumətim ABŞ-la münasibətlərdə gələcəkdə daha böyük addımlar atacaq”.
XS
SM
MD
LG