Accessibility links

İlham Əliyev hakim Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verib


Həsən Əliyev (keçmiş hakim)

Həsən Əliyev (keçmiş hakim)

Sərəncama görə o,qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozub

Prezident Ilham Əliyev fevralın11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqda sərəncam imzalayıb.

“Qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əkbər oğlu Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin”sərəncamda deyilir.

Ötən il sentyabrın 4-də Məhkəmə-Hüquq Şurasının qərarı ilə Həsən Əliyev barəsində intizam icraatına başlanmış, oktyabrın 28-də isə Şura Həsən Əliyevin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqda qərar çıxarıb.

Azadlıq qəzetinin yazdığına görə redaksiyalarına daxil olan şikayətə əsasən Həsən Əliyev iş adamını aldadaraq aldığı 600 min manat pulu mənimsəmək üçün müxtəlif uğursuz əməliyyatlar həyata keçirib.

Öz növbəsində hakim Həsən Əliyev deyilənlərin həqiqət olmadığını və şikayət ərizəsində yazılanların tamamilə cəfəngiyyat olduğunu bildirib.
XS
SM
MD
LG