Accessibility links

Həsən Ruhani: İran, Azərbaycan və Rusiya prezidentlərinin üçtərəfli danışıqları mühüm önəm kəsb edir


İran prezidenti Həsən Ruhani
İran prezidenti Həsən Ruhani

Bakıda avqustun 8-də üçtərəfli formatda danışıqlar keçiriləcək

İran prezidenti Həsən Ruhani bildirib ki, Azərbaycan paytaxtında İran, Azərbaycan və Rusiya prezidentləri arasında üçtərəfli görüşün böyük əhəmiyyət daşıyır.

Bu barədə o, bazar günü Bakıya gəlməzdən öncə bildirib. İRNA agentliyi avqustun 8-də üçtərəfli formatda danışıqların olacağı haqda məlumat verib.

“Danışıqlarda əsas diqqət “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinə yönələcək”, İran prezidenti vurğulayıb.

“Şimal-Cənub” nəqliyyat dəhlizi Hindistan, Rusiya, İran, Avropa və Mərkəzi Asiya arasında dəniz, dəmir yolu və avtomobil marşrutunu nəzərdə tutur.
”Bakıda üçtərəfli danışıqlar qonşu ölkələrlə əməkdaşlıq, Yaxın Şərq və Qafqazda vəziyyət, sabitlik baxımından mühüm önəm kəsb edir”, - Ruhani qeyd edib.

“Bakıda üç ölkə arasında ikigünlük danışıqlar ilk dəfə keçiriləcək”, o əlavə edib.

Bakı səfərindən danışan Ruhani deyib ki, ikitərəfli əlaqələrə, terrorizmə qarşı regional mübarizəyə həsr olunan bir neçə ikitərəfli və üçtərəfli görüşlər keçiriləcək.

"Son illər Azərbaycanla münasibətlər genişlənib, Rusiya ilə əlaqələr strateji məqsədlərə nail olunmasına yönəlib”, - İran prezidenti qeyd edib.
”İranla həmin ölkələr arasında müxtəlif beynəlxalq və regional məsələlər üzrə yaxşı əməkdaşlıq var”, Ruhani vurğulayıb.

Onun sözlərinə görə, “Şimal-Cənub” nəqliyyat dəhlizi ölkələr üçün böyük rifah mənbəyi sayılır.
Nəqliyyat dəhlizinin əsas məqsədi Mumbai, Moskva, Tehran, Bakı, Bəndər Abbas, Həştərxan, Ənzəli və digər şəhərlər arasında ticarət əlaqələrinin genişləndirilməsidir.

XS
SM
MD
LG