Accessibility links

Həsən Ruhani ikinci dəfə prezident seçildi


İranda keçirilən prezident seçkisində Həsən Ruhani qalib gələrək, ikinci dəfər prezident seçilib. Şənbə günü dövlət televiziyası Ruhanini seçkinin qalibi elad edib. O, yaxın rəqibi din xadimi İbrahim Rəisini məğlub edib.

Ruhani dörd namzidə arasında keçirilən səsvermədə səslərin yarısını alıb.

Cümə günü yüksək seççcii fəallığı səbəbilə seçki rəsmiləri səsvermə saatlarını gecə 12-yədək uzadıblar. Bəzi insanları səs vermək üçün saatlarla növbədə gözləyib.

Qeydiyyatdan keçmiş 65 milyon seçiciyə xidmət göstərəmk məqsədilə ölkə boyu 60 mindən çox səsvermə məntəqəsi fəaliyyət göstərib.

Ruhani siyasi gələcəyini İrana qarşı iqtisadi sanksiyaların aradan qaldırılmasına gətirib çıxaran nüvə razılığına əsaslamışdı. Lakin onun əsas rəqibi İbrahim Rəisi bank və maliyyə xidmətlərinə qarşı sanksiyaların davam etdiyinə görə bu razılığı qınayıb.

Siyasi təhlilçilər və bəzi kiçik miqyaslı rəy soğularının iştirakçılarının əksəriyyəti Ruhanini dəstəkləyirdi.

Bundan əlavə tarix də Ruhanidən yana idi, çünki 1981-ci ildən bəri hər prezident ikinci dönəmə seçilib.

İranın 1979-cu il İslam İnqilabından sonra tətbiq edilən hökümət sisteminə əsasən, bütün namizədlər dini panel tərəfindən nəzərdən keçirilməlidir. İran dövlət siyasəti ilə bağlı son sözü Ali ruhani desə də, prezident də hökümətdə böyük nüfuza sahibdir.

Seçkidədaha öncə 2001-ci ildə nəzidə olmuş islahat tərəfdarı Mustafa Haşemitaba və keçmiş mədəniyyət naziri Mustafa Mirsəlim də iştirak edib. Lakin onların heç biri çox səs toplaya bilməyib.

XS
SM
MD
LG