Accessibility links


İranın yeni prezidenti Həsən Ruhani tanınmış islahatçı siyasətçi Eşaq Cahangirini özünün baş müavinlərindən biri təyin edib.

Eşaq Cahangiri

Eşaq Cahangiri

İranın Dövlətə məxsus televiziyasının verdiyi məlumata görə, prezident sənaye və mədən naziri Cahangirini birinci vitse-prezident vəzifəsinə seçib.

Cənab Ruhani kabinet üzvlərinin adlarını parlamentə təqdim edib. Adları təqdim edilən siyasətçilərin hamısı kişidir. Onların çoxu islahatçıdır, bəziləri keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncani dövrü hökumətdə təmsil olunub.

Bu adlar arasında xarici işlər naziri vəzifəsinə Cavad Zərif və ədliyyə naziri vəzifəsinə nominasiya edilmiş Mustafa Purməhəmmədi diqqəti daha çox cəlb edir.

Zərif İranın BMT-dəki keçmiş səfiri olub, ingilis dilində sərbəst danışır və həyatının böyük hissəsini Birləşmiş Ştatlarda yaşayıb. Bəzi insan hüquqları qrupları Pirməhəmmədini İranda siyasi məhbusların qətlləri ilə əlaqədar olduğunu bildirir.
XS
SM
MD
LG