Accessibility links

AXCP Ali Məclisinin sədri Həsən Kərimov vəfat edib


Həsən Kərimov

Həsən Kərimov

AXCP Ali Məclisinin sədri Həsən Kərimov 61 yaşında vəfat edib.

AXCP sədrinin müavini Gözəl Bayramova Amerikanın Səsinə bildirib ki, bir neçə saat öncə Həsən Kərimovun yolda halı pisləşib, onu dərhal yaxınlıqdakı klinikalardan birinə aparıblar. Lakin həyatını xilas etmək mümkün olmayıb.

Həsən Kərimov son illər ürək xəstəliyindən əziyyət çəkirdi. O, 2009-cu ilin iyununda iki oğlunu - İftixar və Rəşad Kərimovları itirib. Hər iki oğlu infarktdan dünyasını dəyişib. Belə ki, İftixar Kərimov vəfat etdikdən sonra Rəşad Kərimovun itkin düşdüyü xəbəri yayılıb. Sonradan Rəşad Kərimovun vəfat etdiyi və şəxsiyyətinin müəyyənləşdirilməsi mümkün olmadığından naməlum şəxs kimi dəfn edildiyi məlum olub.

Həsən Kərimov Əbülfəz Elçibəyin prezidentliyi dövründə 1992-1993-cü illərdə Bakının Səbael rayon İcra Hakimiyyətinin başçısı olub.

XS
SM
MD
LG