Accessibility links

İran prezidenti ABŞ-a uçuşların bərpasını tapşırıb


Xaricdə yaşayan iranlıların işi üzrə ali şuranın rəhbəri Əkbər Türkan
Xaricdə yaşayan iranlıların işi üzrə ali şuranın rəhbəri Əkbər Türkan

Prezident xarici ölkələrdə yaşayan iranlıların gediş-gəlişinin asanlaşdırılmasını, o sıradan Amerikada yaşayan həmvətənlərinin problemlərinin aradan qaldırılmasını istəyir

İran prezidenti Həsən Ruhani İranla ABŞ arasında birbaşa hava reyslərinin bərpa olunması məsələsinin araşdırılmasına göstəriş verib.

“Media forum” saytının məlumatına görə, bunu sentyabrın 30-da jurnalistlərə Ruhaninin müşaviri, xaricdə yaşayan iranlıların işi üzrə ali şuranın rəhbəri Əkbər Türkan deyib.

Türkan qeyd edib ki, onun başçılıq etdiyi şuranın vəzifəsi xaricdə yaşayan iranlılara, o sıradan da iranlı yəhudilərə, xristianlara, zərdüştilərə və müsəlmanlara xidmət göstərməkdir: “Ruhani hesab edir ki, bütün iranlılar arasında ən mühüm ortaq cəhət onların iranlı olmasıdır. Elə buna görə də dünyanın hər yerində yaşayan iranlılara xidmət göstərilməsinin zəruriliyinə təkid edərək bu haqda şuraya tapşırıqlar verib.

Prezident həmçinin xarici ölkələrdə yaşayan iranlıların gediş-gəlişinin asanlaşdırılması, o sıradan da Amerikada yaşayan həmvətənlərimizin problemlərinin aradan qaldırılması üçün İranla Amerika arasında birbaşa uçuşların bərqərar olunması məsələsinin araşdırılmasına göstəriş verib”.
XS
SM
MD
LG