Accessibility links

Cəmil Həsənli prezidentliyə namizədlərin gəlirlərinin və əmlakının açıqlanmasını tələb edir


Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli

O, Mərkəzi Seçki Komissiyasını və İctimai Televiziyanı məhkəməyə verib

Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli Mərkəzi Seçki Komissiyasından (MSK) prezidentliyə namizədlərin gəlirləri və mülkiyyəti barədə məlumatları açıqlamağı tələb edir. Həsənli eyni zamanda MSK-nı və İctimai Televiziyanı məhkəməyə verib.

Milli Şuranın prezidentliyə vahid namizədinin MSK-ya göndərdiyi müraciətdə deyilir:

“Təkrar müraciət edərək xahiş edirəm ki, 9 oktyabrda keçiriləcək prezident seçkilərində qeydə alınmış prezidentliyə namizədlərin gəlirlərinin miqdarı və mənbələri, mülkiyyət hüququ əsasında namizədlərə məxsus əmlak barədə məlumatların KİV-də dərcini təmin etməyinizi və prezidentliyə namizədlərin gəlirlərinin miqdarı və mənbələri, mülkiyyət hüququ əsasında namizədlərə məxsus əmlak barədə Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri sənədlərin surətlərini mənə təqdim etməyinizi xahiş edirəm”.

Cəmil Həsənlinin Seçki Qərargahının mətbuat xidmətinin məlumatına görə, bundan öncə də Həsənli Mərkəzi Seçki Komissiyasına müraciət edərək prezidentliyə namizədlərin gəlirləri və onlara məxsus əmlakları barədə məlumatların dərc olunması və surətinin ona təqdim olunmasını xahiş edib.

Lakin MSK həmin məlumatları dərc və Milli Şuranın namizədinə təqdim etməkdən imtina edib. Bundan sonra Həsənli yenidən MSK- ya müraciət edib.

Milli Şuranın prezidentliyə namizədinin İctimai Televiziyanı (İTV) və Mərkəzi Seçki Komissiyasını məhkəməyə verməsinin səbəbi isə adı çəkilən qurumların ona İTV- də ödənişli efir vaxtı ayırmaqdan imtina etməsi ilə bağlı olub. Şikayətə oktyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG