Accessibility links

Heydər Əliyev Fondu Roma katakomblarının bərpasını maliyyələşdirir


Mehriban Aliyeva
Mehriban Aliyeva
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Romanın Kazilin küçəsində yerləşən müqəddəs Pyotr və Marsellin katakomblarının bərpası ilə bağlı xərcləri öz üzərinə götürüb. Bu barədə Turan Agentliyi məlumat yayıb.

“Tarixdə ilk dəfə olaraq islam ölkəsi “xristian dininin ən müqəddəs tarixi abidələrindən birinin bərpasına dair xərcləri öz üzərinə götürməyə hazır olduğunu nümayiş etdirib,- Vatikan radiosunun Rusiya xidməti Mədəniyyət üzrə Papa Şurasının prezidenti, kardinal Canfranko Ravazinin sözlərindən sitat gətirib.

Qərar iyunun 22-də Vatikanda birgə sənədin imzalanmasından sonra qüvvəyə minib. Protokol Mehriban Əliyeva və Müqəddəs Arxeologiya üzrə Papa Akademiyasının prezidenti qismində kardinal Ravazi tərəfindən imzalanıb. “Bu, mədəniyyətlərarası sıx münasibətlərə və dinlərarası dialoqa xidmət edən diqqətin əlamətidir”, - Blaqovest-info bildirir.

Xatırladaq ki, bundan əvvəl Mehriban Əliyeva Strasburqda 13-cü əsr məbədində vitrajın, Luvrda xalçaların bərpasını maliyyələşdirib.
XS
SM
MD
LG