Accessibility links

Mexiko Heydər Əliyevin heykəlini götürdü [Yeni Fotolar] - YENİLƏNİB


Mexikoda Heydər Əliyevin 3.6 metrlik heyləli kranla götürülərkən
Ria Novosti saytının Mexiko şəhərindəki müxbirinin məlumatına görə Heydər Əliyevin Mexikonun mərkəzi küçəsində yerləşən heykəli ötən gecə Dostluq Parkından götürülərək başqa yerə aparılıb.

Heykəlin yerinin dəyişdirilməsi ilə bağlı rəsmi məlumat yoxdur. Şəhər rəhbərliyi Azərbaycan tərəfi ilə danışıqlarda abidənin daşınması üçün rəsmi səbəb kimi şəhərsalma normalarının pozulmasını göstərib.

Heykəlin demontajı zamanı əraziyə 200 nəfərə yaxın polis əməkdaşı cəlb olunub, küçədə avtomobillərin hərəkəti dayandırılıb. Abidənin hara köçürülməsi ilə bağlı rəsmi məlumat yoxdur və heykəlin köçürülməsi xərcləri Mexiko büdcəsi hesabına ödəniləcək.

Mexikoda Heydər Əliyevin heykəli ilə bağlı məsələ Meksika telekanallarında ciddi narahatlıq yaratmışdı. Məsələ dünya mətbuatının da gündəminə düşmüşdü. Dünyanın çox məşhur televiziya, qəzet və agentlikləri məsələyə hələ də diqqət yetirir.

Mexikoda Heydər Əliyevin 3.6 metrlik heyləli kranla götürülərkən
Mexikoda Heydər Əliyevin 3.6 metrlik heyləli kranla götürülərkən


Heydər Əliyevin heykəli Mexiko şəhərinin mərkəzi parkından götürülərkən
Heydər Əliyevin heykəli Mexiko şəhərinin mərkəzi parkından götürülərkən


Mexikoda Heydər Əliyevin 3.6 metrlik heyləli götürülərkən
Mexikoda Heydər Əliyevin 3.6 metrlik heyləli götürülərkən
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG