Accessibility links

Meksikada heykəl qalmaqalı


Eks-prezident Heydər Əliyevin Mexikoda heykəli
Eks-prezident Heydər Əliyevin Mexikoda heykəli

Təhlil Komissiyası Heydər Əliyevin heykəlinin sökülməsi barədə tövsiyə verib.

“Həm Heydər Əliyevin heykəli, həm də Xocalı abidəsi Azərbaycan və Meksika xalqları arasında dostluğun rəmzidir.

Belə təəssürat yaranır ki, erməni diasporu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını əngəlləmək üçün bütün resurslarından və əlaqələrindən istifadə edir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

E. Abdullayev qeyd edib ki, Meksika tərəfi müvafiq orqanların, o cümlədən şəhər rəhbərliyinin və ölkə parlamentinin qərarlarına hörmət etməlidir.

Heykəllərin yerinin dəyişdirilməsinin ikitərəfli əlaqələrə, o cümlədən ölkələr arasında iqtisadi münasibətlərə hansı təsiri göstərə biləcəyi barədə suala cavabında E. Abdullayev bildirib ki, Azərbaycan regionun güclü, dinamik inkişaf edən ölkəsidir və bir çox ölkə üçün maraq kəsb edir: “Azərbaycan xarici investisiyaların ölkəyə cəlb olunması ilə yanaşı, özü də xaricdə sərmayə qoymaqda maraqlıdır. Biz hesab edirik ki, bu cür tərəfdaşlıq münasibətlərini qorumaq vacibdir”.

Qeyd edək ki, Heydər Əliyevin abidəsi və Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş abidə ilə əlaqədar Mexiko şəhər hökuməti tərəfindən yaradılmış üç nəfərdən ibarət Təhlil Komissiyası Heydər Əliyevin heykəlinin sökülməsi barədə tövsiyə verib. Abidə parkın təmiri üçün pul ödəyən Azərbaycan səfirliyi tərəfindən ucaldılıb. İmzalanmış sazişə görə, abidə 99 il yerində qalmalıdır. Tövsiyə açıqlandıqdan sonra “RİA Novosti” agentliyinə müsahibə verən Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov bəyan edib ki, heykəl götürülsə, Azərbaycan Meksikada 4 milyard dollar həcmində investisiya layihələrini reallaşdırmaqdan imtina edəcək:

“Heykəl götürülsə, heç şübhəsiz ki, bu, ikitərəfli münasibətlərin pisləşməsinə səbəb olacaq. O cümlədən nəzərdə tutulan investisiyalar reallaşmayacaq. Ən axırıncı tədbir isə Azərbaycan səfirliyinin bağlanması olacaq”.

İ. Muxtarov deyib ki, Azərbaycanın Mexikodakı səfirliyi eyni zamanda altı Latın Amerikası ölkəsindəki diplomatik təmsilçilik funksiyasını yerinə yetirir. Bu da o deməkdir ki, səfirlik Mexikodan çıxarılsa, həmin ölkələrin birində yerləşdirilə bilər. Bununla belə, İ.Muxtarov iki ölkə arasında diplomatik münasibətlərin kəsilməsindən söhbət getmədiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG