Accessibility links

Heydər Əliyev Mərkəzində yanğın olub


Heydər Əliyev Mərkəzində yanğın
Heydər Əliyev Mərkəzində yanğın

Binanın damlarından biri alovlanıb. Yanğının söndürülməsinə helikopterlər də cəlb olunub

Heydər Əliyev Mərkəzində yanğın
Heydər Əliyev Mərkəzində yanğın
Bakıda Heydər Əliyev prospektində yerləşən Heydər Əliyev Mərkəzinin damında başlayan yanğın onlarla yanğınsöndürən maşın tərəfindən lokallaşdırılıb. Alovun söndürülməsinə vertolyotlar da cəlb olunub. Binaya gedən bütün yollar bağlanıb, hadisə yerinə təcili yardım maşınları gəlib. Binanın memarlıq işinin mürəkkəbliyi və hündürlüyü, həm də əks istiqamətdə əsən külək alovun söndürülməsini çətinləşdirib.
Hadisə yerinə Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyev, baş nazirin müavini Eyyub Yaqubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, səhiyyə naziri Oqtay Şirəliyev, daxili işlər nazirinin müavinləri Vilayət Eyvazov, Əsgər Ələkbərov və digər rəsmi şəxslər gəlib.
Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun birgə məlumatına görə, saat 11.30 radələrində Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında yanğın hadisəsinin baş verməsi haqqında məlumat daxil olub.
Dərhal hələlik səbəbi bəlli olmayan yanğın hadisəsinin qarşısının alınması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti, maşın, mexanizm və helikopterləri cəlb edilməklə yanğının qarşısı alınıb, onun genişlənməsinə və binanın içəri hissəsinə keçməsinə imkan verilməyib.
Mərkəzin tavanından başqa, binanın içərisinə, zallarına və digər yerlərinə heç bir zərər dəyməyib. Eyni zamanda, yanğınsöndürənlərdən və binanın mühafizə işçilərindən xəsarət alan olmayıb.
Yanğının baş vermə səbəblərinin istintaq yolu ilə araşdırılması məqsədilə Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarının pozulması) Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb.
Heydər Əliyev Mərkəzi bu il mayın 10-da açılıb. Bina Səttarxan adına keçmiş maşınqayırma zavodunun ərazisində inşa edilib. Mərkəzin inşasına 2007-ci ildə başlanılıb. Layihənin müəllifi tanınmış britaniyalı memar Zaha Hadiddir. Üç birləşmiş hissədən ibarət olan Mərkəz dalğanı xatırladır. Ərazidə həm də park salınıb.
Mərkəz böyük zaldan, konfrans zallarından, kitabxana və digər otaqlardan ibarətdir. Obyektin ümumi sahəsi 90 min kv. metrdən çoxdur. Mərkəzdə elmi araşdırmaların, konfransların, simpoziumların, mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Bakıda bur gün öncə, iyulun 19-da Sərhəd Qoşunlarının hərbi hissəsində də genişmiqyaslı yanğın olub. Beş saatadək davam edən yanğının söndürülməsinə helikopterlər və təyyarə cəlb edilib.
Heydər Əliyev Mərkəzində yanğın
please wait

No media source currently available

0:00 0:02:21 0:00

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG