Accessibility links

Heydər Moslehi Sara Şurdun İrana qaytarıla biləcəyini deyib


İran ötən ay Sara Şurdu 500 000 dollar müqabilində zaminə buraxıb

İranın kəşfiyyat naziri deyib ki, ölkənin sərhəddini qanunsuz yola keçən iki amerikalı casusluq ittihamı ilə mühakimə edilməlidir. İranın dövlət mediası Heydər Moslehiyə istinadən Şeyn Bauer və Coş Fattal haqda sənəd və dəlillərin qərarın çıxarılması üçün İran ədliyyə sisteminə təhvil verildiyini deyib. Bu gün o, lazım olarsa zaminə buraxılmış üçüncü amerikalının da İrana qaytarıla biləcəyini deyib. Iran rəsmiləri ötən il İraqdan İrana qanunsuz yolla keçən Bauer, Fattal və Sara Şurdu həbs etmişdi. İran ötən ay Sara Şurdu 500 000 dollar müqabilində zaminə buraxıb.

XS
SM
MD
LG