Accessibility links

ABŞ-ın müdafiə naziri Çak Heygel Amerika dənizçiləri ilə görüş keçirir. O, kiçik döyüş gəmilərinin dayaz sularda müxtəlif missiyalar həyata keçirməsi ilə bağlı USS Freedom bazasında olub. Sinqapurun Çangi dəniz donanması bazasında yerləşən bu bazada region ölkələri ilə təlimlərin bir hissəsi keçirilir.

Müdafiə naziri Sinqapurda Asiya ölkələrinin illik təhlükəsizlik konfransında iştirak edib.

Dünən konfransdakı çıxşı zamanı cənab Heygel Çinə kibernetika hücumlarına görə xəbərdarlıq verib.

Səfəri çərçivəsidnə müdafiə naziri yaponiyalı həmkarı İtsinori Onodera və Cənubi Koreyanın müdafiə naziri Kim Kvan Jinlə görüş keçirib. Tərəflər Şimali Koreyanın nüvə silahları proqramına mane olunması məsələsini müzakirə edib.

Bir ildən artıqdır ki, Şimalın raket və nüvə sınaqları narahatlıqları daha da dərinləşdirib. Ötən ay Çin prezidenti Tsi Jinping nüvə məsələsi ilə bağlı dialoqa açıq olduğunu bildirmişdi. Çin Şimali Koreyanın nüvə proqramı ilə bağlı müzakirələr keçirən 6 ölkədən biridir.

ABŞ-ın Asiyadakı fəaliyyətlərinə dair Çinin narahatlıqlarına toxunan Çak Heygel deyib ki, Vaşinqton Çinin regionun təhlükəsizliyinin məsuliyyətini daşıdına inanır.
Gələn ay ABŞ prezidenti Barak Obama Çinin dövlət başçısı Tsi Jinping ilə görüşü zamanı kibernetika məkanının təhlükəsizlity məsələsini gündəmə gətirəcək.
XS
SM
MD
LG