Accessibility links

Məşhurlar: Heyli Reynhart


Ötən on il ərzində musiqi reality televiziya şousu “American Idol”-ın bir çox iştirakçıları üçün müğənni sənətinə yol açıb. Bu siyahıya Skot Makkreri, Kelli Klarkson, Cerri Andervud, Adam Lambert və başqaları daxildir. Onluqda üçüncü yerə sahib olan finalist Heyli Reynhart bu siyahıya düşəcəyinə ümid edir. Heyli Reynhart Lari Londonla səhnəyə gəlişini müzakirə edir.

Məşhurlar: Heyli Reinhart
please wait

No media source currently available

0:00 0:04:11 0:00


Lari London: “Debüt albomunuzdakı mahnıları nəyə əsasən seçdiniz? Yəni, bu böyük qərardı. Bəstəkarlar yüzlərlə mahnı bəstələyir və siz bu mahnıların içərisindən 13-nü seçməlisiniz. Siz bu mahnıları necə müəyyən etdiniz?”


Heyli Reinhart: “Mən hər gün prodüssorlarla işləyirdim. Biz mahnılar bəstələyir, studioya gedir və hazır mahnıları lentə yazırdıq. Biz sadəcə üç ay ərzində 30 mahnı bəstələdik və hər kəs seçimdən razı qaldı. Əslində mahnıları çox asanlıqla müəyyən etdik. Məsələn son mahnı kimi, Mənim sadəcə bir mahnıya yerim vardı.”

Larri London: “Siz ömrünüzün əksər hissəsini caz mahnıları ifa etmisiniz və budur, indi siz pop televiziya şousundasınız və hər həftə milyonlarla insanın önündə münsiflər heyyəti tərəfindən qiymətləndirilirsiniz. Bu olduqca stresli olmalıdir.”

Heyli Reinhart: “Bəli, çox stresli idi. Mənim bəxtim onda gətirdi ki, canlı ifa etmək uşaqlıqdan mənim həyatımın bir hissəsi olub. Mənim valideyinlərim bərabər musiqi qrupunda ifa edib. Mən klassik rok və caz mühitində böyümüşəm. ona görəd də Amerikan İdol-a gəldim və bu üç amili ifama qatdım. Yəni, ən azından istədiyimi etdim."



Larri London: “Sizin ücün prioritet nədir?”

Heyli Reinhart: “Fərqli səviyyələrdə bir çox görülməli işlər var idi. Bu yaxınlarda əldə etdyim ən maraqlı uğurlardan biri Məhəmməd Əlinin 70 illiyində “Məhəbbətin Qüdrəti” mahnısını ifa etməm idi. Bir çox insanla tanış oldum və Slaş və Mayls Kennedi ilə bərabər “Vəhşi Atlar” adlı mahnını ifa etdim. Qunsi Consla yaşıl otaqda saatlarla ünsiyyətdə oldum, Snupi Doq, Lenni Kravitz, Si LO Qrinlə, Stiv Vonderla tanış oldum. Mən yalnız yadıma düşən adları sadalayıram. Bir şeyi bilirəm ki, mən lazımı vaxtda lazımı yerdə olmaq imkanı əldə etdim.”


Larri London: ““Amerikan Idol”-a gəldiniz, indi artıq ulduzsunuz və hər kəs sizi tanıyır. Eşitdiyimə görə siz ötən mövsümdən YouTube-da 2 milyon izləyici toplamış yeganə iştirakçısınız və siz Rendi Cekson, Cenifer Lopez və Stiven Teyler kimi münsiflər heyyətindən üç dəfə gurultulu alqışlarla qarşılanmısınız. Bütün bu təcrübələrdən sonra bu şou sizə və sizin musiqiyə baxışınıza nə kimi təsirlər göstərdi?”

Heyli Reinhart: “Bu şou mənə özümü tanımağa kömək etdi. Baxmayaraq ki, mən bütün bu fərqli janrları sevirəm, mənim bu janrlarda ifa etməklə böyüməyim bu janrları birləşdirməyə imkan verdi. İndi elə bil mənim öz musiqi stilim yaranıb. Əlbəttə ki, mən bu üsluba öz möhürümü vura bilmərəm amma əminliklə deyə bilərəm ki, bu köhnə ruhlu müasir səslərdir.”
XS
SM
MD
LG