Accessibility links

Hezbulla Liivanda hakim koalisiyanı tərk etdi


Hezbulla Liivanda hakim koalisiyanı tərk etdi

Hezbulla Liivanda hakim koalisiyanı tərk etdi

Livan baş naziri Saad Həriri hökumətinin dağılması ilə bağlı ABŞ, Fransa və Türkiyə liderləri ilə məsləhətləşmələrdən sonra Beyruta qayıdıb. Hezbulla üzvü olan parlament nümayəndələri və onların müttəfiqləri BMT-nin 2005-ci ildə sabiq baş nazir Rafiq Hərririnin qətli ilə bağlı təhqiqatına etiraz əlaməti olaraq istefa veriblər. Mediada dolaşan xəbərlərə əsasən BMT tribunalının ittihamları ilə üzləşəcək şəxslər sırasında Hezbulla üzvləri də var. Hezbulla qətldə əli olduğunu danır. Cənab Həriri çərşənbə günü Ağ Evdə ABŞ prezidenti Barak Obama ilə görüşərkən 30 üzvlük kabinetin 11 müxalifət nümayəndəsi istefa vermişdi. Livan prezidenti Mişel Süleyman indi yeni baş naziri müəyyən etmək üçün parlament blokları ilə məsləhətləşmələr aparacaq. Cümə axşamı o, Saad Həriridən hələlik baş nazir postunda qalmağı xahiş edib.

XS
SM
MD
LG