Accessibility links

İllüzionist beş saat havada asılı vəziyyətdə qalaraq tamaşaçıları heyran edib


Tel-Əvivdə alıcılar bir nəfərin yerli ticarət mərkəzinin divarından bir əllə yapışaraq dayandığını görüb gözlərinə inana bilməyib.

İllüzionist və aktyor Hezi Din beş saat havadan asılı vəziyyətdə dayanaraq onu izləyənləri heyran edib.

Tel-Əvivdə yaşayan illüzionist Ben Qur-Levi möcüzəni belə izah edir.

“Düşünürəm ki, bu oğlanın qolu onun öz qolu deyil. Saxta qol divara yapışdırılıb və onun bədəninin bir hissəsi həmin qola birləşdirilib. Və bütün bunlar zahirən onun divardan tutaraq dayandığı təsəvvürü yaradır.” – deyə Ben bildirib.

Digər bir Tel Əviv sakini Haim Borozitki əvvəllər İngiltərədə bir neçə yerdə buna bənzər şou gördüyünü deyib.

Adətən belə şoudan sonra Dinin tibbi yardıma ehtiyacı olur. Bu dəfə isə illüzionist sağ-salamat aşağı enə bilib və şoudan sonra səhhəti normal olub.

Hezi Din 2011-ci ildə Rabin meydanında 35 saat havada, 2010-cu ildə isə eyni meydanda nəhəng buz kubikin içərisində 66 saat qalaraq, ABŞ sehrbazı Deyvid Leynin rekordunu üstələyə bilib

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG