Accessibility links

Neft Akademiyasında hicablı tələbələr dərsə buraxılmayıb [Video]


Neft Akademiyasında hicablı tələbələr dərsə buraxılmayıb
please wait

No media source currently available

0:00 0:02:17 0:00

Neft Akademiyasında hicablı tələbələr dərsə buraxılmayıb

Mühafizəçilər akademiyanın rəhbərliyinin tapşırığını yerinə yetirdiyini bildirib

Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) 10-dan çox hicablı tələbəsi aprelin 2-də dərsə buraxılmayıb.

Mühafizəçilər hicablı qızları binanın əsas korpusuna buraxmayıb və bunu hicabın Akademiyanın daxili nizamnaməsinə zidd olması ilə əsaslandırıb. Mühafizəçilər akademiyanın rəhbərliyinin tapşırığını yerinə yetirdiyini bildirib.

Akademiyanın rəhbərliyi jurnalistlərin qarşısına çıxmayıb və bunu toplantıda olması ilə izah ediblər.

“Hicabla dərslərə girməyin qadağan ediləcəyi haqqında şaiyələr çoxdan var idi, lakin bunun real olacağına inanmırdım. Mən dördüncü kursda oxuyuram, tezliklə diplom müdafiəmiz olacaq. Bizi dərsə buraxmırlar”, deyə adını söyləməkdən imtina edən inanclı tələbələrdən biri bildirib.

Digər qız hicab qadağası ilə əlaqədar dərsləridə fasilə yaranacağını, bunun isə imtahanlara təsir edəcəyindən ehtiyatlandığını bildirib.

Yerli müşahidəçilər hesab edirlər ki, son günlər hakimiyyət qəsdən dindarlara təzyiqi gücləndirir. Hakimiyyətin Qərbə ölkədə prezident seçkiləri ərəfəsində dini əhval-ruhiyyənin gücləndiyini və bunun insan hüquqlarının pozulması ilə əlaqədar olmadığını göstərmək üçün dindarları etirazlara təşviq etdiyi barədə fikir var.

Hicab problemi yeni deyil, hakimiyyət qadağanı təhsil müəssisələrində hicabı qadağan edən “Təhsil haqqında” qanunla əsaslandırır. Bu qadağalar müntəzəm olaraq islamçıların etirazlarına səbəb olur, onlar Təhsil Nazirliyi qarşısında kütləvi etiraz aksiyaları keçirir.

Bir müddət əvvəl orta məktəblərdə belə problemlər yaşansa da, ali məktəblərdə bu yenidir.
XS
SM
MD
LG