Accessibility links

Hidayət Türkoğlu yenidən "Orlanda Magic"-də


Hidayət Türkoğlu yenidən "Orlanda Magic"-də

Hidayət Türkoğlu yenidən "Orlanda Magic"-də

Transferin dəyəri 3 milyon dollar olaraq qiymətləndirilir

ABŞ Milli Basketbol Liqasında çıxış edən Orlanda Magic komandası Şərq Konfransının qalibi uğrunda mübarizəni davam etdirmək üçün 3 yeni transfer həyata keçirib. Onlardan biri paytaxt Vaşinqtonun Wizard komandasından məşhur Gilbert Arenas, digəri Phoenix Suns-dan Earl Klarkdır. Bu transferlər arasında Türkiyə basketbol yığma komandasının üzvü hazırda Phoenix Suns-da forma geyinən Hidayət Türkoğludur. Türkoğlunun Orlanda Magic-ə keçidi komandaya 3 milyon dollar baş gəlib. Peşəkar karyerasına Türkiyənin Eles Pilsen komandasında başlayan büsketbolçu daha sonra ABŞ Milli Basketbol Liqasına transfer olunaraq, müvafiq olaraq Sacramento Kings, San Antonio Spurs, Orlando Magic, Toronto Raptors və Phoenix Suns-da forma geyinib.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG