Accessibility links

Misirdə məhkəmə həbsdə olan Amerika vətəndaşı və yeddi nəfərə bəraət qazandırıb


Misir məhkəməsi Qahirədə küçə uşaqlarına kömək məqsədi ilə yaratdığı fond insan qaçaqmalçılığında təqsirləndirilərək həbs edilən əslən misirli amerikalı qadın və yeddi nəfərə təxminən üç il sonra bəraət qazandırıb.

Əsas müttəhim Aya Hicazi, onun həyat yoldaşı və digər altı nəfər 2014-cü ilin may ayından Qahirə polisi məhkəmə qərarı olmadan onların ofisində reyd keçirərək, kompüterlər və digər avadanlıqları müsadirə etdikdən bəri onlar həbsxanada saxlanılırdı.

Yeddi nəfər insan qaçaqmalçılığı, uşaqlara qarşı seksual zorakılıq və uşaqlardan hökumət əleyhinə nümayişlərdə istifadə etmək kimi cinayətlərdə təqsirli bilinir.

Həbslər ittihamların yalan olduğunu və bunun mülkü vətəndaşlara qarşı hökumət zorakılığının bir hissəsi olduğunu iddia edən fəal qruplar arasında etirazlara səbəb olub.

Bir neçə ABŞ qanunvericisi və prezidentliyə sabiq demokrat namizəd Hillari Klinton da Hicazinin azadlığa buraxılmasına çağırıb.

Qərar Misir prezidenti Abdel Fəttah Əl-Sissinin Vaşinqton şəhərində ABŞ prezidenti Donald Trampla görüşündən iki həftə sonraya təsadüf edib.

Bu görüşün məhkəmə qərarına hər-hansısa təsirinin olub-olmadığı aydın deyil. Lakin həmin görüşdən əvvəl Tramp administrasiyası Hicazinin həbsinin ABŞ rəsmiləri tərəfindən yaxından nəzərdən keçirildiyini bildirib.

XS
SM
MD
LG