Accessibility links

Hikmət Hacızadə: Türkiyənin yenidən demokratiya modeli olmasını arzulayıram


Hikmət Hacızadə ilə müsahibə
please wait

No media source currently available

0:00 0:06:26 0:00

Türkiyədə Rusiyanın səfirinin qətlə yetirilməsi iki ölkə arasında münasibətlərin gələcəyi ilə bağlı geniş müzakirələrə yol açıb. Rəsmi Moskva və Ankara hadisənin münasibətlərə təsir göstərməyəcəyini bildirib. Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə “Amerika icmalı” proqramında müsahibədə Türkiyə və Rusiya münasibətləri və Türkiyənin Yaxın Şərqdə rolundan danışıb.

Rusiyanın Ankarada səfirə qarşı sui-qəsddən sonra reaksiyası keçən il Türkiyə hərbi qüvvələrinin Rusiya təyyarəsini vurmasından sonra verdiyi reaksiyadan daha yumşaq oldu. Hər iki ölkə hadisənin münasibətlərə təsir göstərməyəcəyini bəyan edib. Hikmət Hacızadə Rusiyanın reaksiyasını şəhr edib. "Keçən dəfə Türkiyə hökuməti əmr vermişdi ki, "onlar bizim sərhədimizi pozurlar, dəfələrlə biz xəbərdarlıq etmişik, vurun". Konkret əmr gəlmişdi. Burada isə, bu hadisədə, səfirin qətlində Türkiyə hökumətinin heç bir günahı yoxdur. Buna görə nahaq yerə kimsə rus-türk münasibətlərinin gərginləşməsini gözləyir və proqnozlaşdırırsa mənə aydın deyil."

Hikmət Hacızadənin sözlərinə görə, hadisədən sonra Rusiya və Türkiyənin terrorizmə qarşı mübarizədə səyləri gücləndirəcəyini gözləmək olar.

Biz Türkiyəni çox sevirik, çox istəyirik və çox narahatıq Türkiyə üçün. Türkiyə bizim üçün bir mayakdır, bir işıqdır. Biz o işığa gedirik. O işıq da sönsə, Azərbaycan üçün həm maddi, həm mənəvi cəhətdən çox ağır olacaq.

Rusiya və Türkiyə arasında münasibətlərdə son dövrdə gərginlikdən yaxşılaşmaya doğru bir inkişaf müşahidə edilir. Hikmət Hacızadə iki ölkə arasında münasibətlərin mürəkkəb dinamikasını şərh edib."Bir tərəfdən, Rusiyaöz gücünü, nüfunuzu Şərqə uzatmğa çalışır. Rusiya, Ermənistan, İran, Suriya oxunu möhkəmləndirsin və Suriyada qalsın və oradan Yaxın Şərqə öz siyasətini keçirsin. Digər tərəfidən, Qərb bu oxu sındırmaq istəyir. İstəmir ki, Rusiya, İran, Suriya orada onun strateji maraqlarına və onun qloballaşma siyasətinə mane olsun. Üçüncü tərəfdən, Türkiyə. Türkiyənin iki məqsədi var. Birinsici, o, Qərblə həmin o məsələdə bərabərdir. Amma onun orada daha böyük başqa bir qayəsi var. O da kürd dövlətinin onun sərhədində, Suriya torpaqlarında, İraq torpaqlarında müstəqil kürd dövləti yaranmamasıdır. Türkləristəmir ki, orada belə bir dövlət yaransın. Dövdüncü və beşinci tərəfdən, Qərb bu kürd dövlətini istəyir. Rusiya da bu kürd dövlətini istəyir. Hər ikisi elə bilir ki, bu kürd dövləti onun əlində marionet olub, onun strateji istəklərinə yardımçı olacaq. Platsdarm kimi olacaq. Kürd qüvvələri iki yerə bölünüb. Bir hissəsini-PKK-nı Moskva idarə edir. O biri hissəsini isə Qərb idarə edir. Bax belə çox qəribə qarmarışıq bir vəziyyət yaranıb. Dörd-beş bir vektor var."

Yaxın Şərq və Şimali Afrika Ərəb baharı adı tanınan xalq hərəkatlarınının başladığı dövrdə bir sıra ölkələr Türkiyəyə müsəlman dünyasında demokratiya modeli kimi baxırdı. Müşahidiçilər və təhlilçilər Türkiyənin son illər demokratiya modeli kimi rolunu tədricən itirdiyini bildirir. Hikmət Hacızadə Türkiyəni Yaxın Şərqdə yenidən demokratiya modeli kimi görmək istədiyini deyib: "Türk xalqından çox şey asılıdır. Mən istərdim ki, Türkiyə yenə Şərdqə demokratiya simvolu kimi qalsın, demokratiya nümunəsi kimi qalsın. 1 milyardlıq müsəlman aləmində, 50-60 müsəlman ölkələri arasında yeganə stabil demokratiya idi Türkiyə. Düzdür, indi o mövqeyini itirib. Amma hələ hər şey bitməyib. Hələ bilinmir nə ilə bitəcək bu məsələ. Mən istərdim ki, Türkyə yenidən öz demokratiyk yoluna düşsün və davam etsin bunu. Bəri başdan bunu demək çətindir. Amma biz çox narahatıq. Biz Türkiyəni çox sevirik, çox istəyirik və çox narahatıq Türkiyə üçün. Türkiyə bizim üçün bir mayakdır, bir işıqdır. Biz o işığa gedirik. O işıq da sönsə, Azərbaycan üçün həm maddi, həm mənəvi cəhətdən çox ağır olacaq."

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG