Accessibility links

Kristofer Smit: İnsan haqlarını pozan xarici rəsmilərin Amerikaya gəlişinə qadağa qoyula bilər


Kristofer Smit (Nyu Cersi, R)
Kristofer Smit (Nyu Cersi, R)

“Mən Prezident İlham Əliyevlə bütün görüşlərimdə insan haqları məsələsini qaldırmışam və bundan sonra da qaldıracağam,” deyə ABŞ Helsinki Komissiyasının sədri Kristofer Smit Amerikanın Səsinə bildirib.

O, Bakıda artıq iki dəfə olduğunu və bu səfərlərdə insan haqları məsələsinə xüsusi diqqət ayırdığını bildirib. Kristofer Smit iyulda Osloda keçiriləcək görüşlərdə Azərbaycan nümayəndə heyəti ilə bu məsələni müzakirə etməyi planlaşdırdığını bildirib.

Azərbaycanda vüsət alan həbslər və repressiya dalğasına mümkün cavab variantları haqda danışan cənab Smit Qlobal Maqnitski Aktı qəbul olunduğu təqdirdə bunun insan haqlarını pozan Azərbaycan rəsmilərinə şamil oluna biləcəyini vurğulayıb.

“2004-cü ildə Belarus Demokratiya Aktının müəllifi mən olmuşam. Həmin qanuna əsasən Aleksandr Lukaşenko hökumətinin 200 rəsmisinə Amerikaya gəlmək qadağan olunub. Avropa rəsmiləri də oxşar qadağalar tətbiq ediblər,” deyə Konqresmen izah edib.

“Qlobal Maqnitski Aktına əsasən hər ölkə üzərində ayrıca təhlil aparılacaq, və bu qanuna uyğun olaraq insan haqları pozuntularında iştirak etmiş adamlara ABŞ-a gəliş qadağan ediləcək.”

Nyu Cersi ştatından Nümayəndələr Palatasının Respublikaçı üzvü Kristofer Smit ABŞ Helsinki Komissiyasının sədridir. 1976-cı ildə təsis olunmuş komissiya Helsinki Yekun Aktı və başqa ATƏT öhdəliklərinə əməl olunmasının monitorinqi ilə məşğul olur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG