Accessibility links

BMT Əfqanıstanın tanınmış sərkərdəsi Gülbuddin Hikmətyarın adını terrorist siyahısından çıxarıb. Bu addım onun Kabil hökuməti ilə sülh sazişi əldə etməsindən sonra atılıb.

“Bundan sonra hesabların dondurulması, səyahət qadağası, silah embarqosu artıq ona şamil edilməyəcək” - deyə BMT-nin Təhlükəsizlik Şurasının Sanksiya Komitəsinin bəyanatında bildirilir.

Bundan sonra hesabların dondurulması, səyahət qadağası, silah embarqosu artıq ona şamil edilməyəcək

Əfqanıstan prezidenti Əşrəf Qani hökuməti ilə Hikmətyarın Hizbe-İslam fraksiyası arasında razılıq bir neçə ay bundan əvvəl imzalanıb.

Gülbuddin Hikmətyar imzalama mərasimində bildirib ki, sülh Əfqanıstanın marağı üçün atılan ən doğru addımdır.

Qani və Abdullah tədbir iştirakçılarına müraciət edərək bildiriblər ki, razılaşma əfqanların konstitusyonal haqlarını qorumağı nəzərdə tutur.

Sülh razılaşması Hikmətyarın döyüşçülərinin dərhal silahı yerə qoymasını tələb edir. Buna cavab olaraq hökumət onun qrupuna tam siyasi hüquq və ABŞ və BMT tərəfindən ona və dəstəsinə qoyulan sanksiyaların qaldırılmasına çalışacağına söz vermişdi.

Sülh razılığı 15 ildir davam edən Əfqanıstan müharibəsində atılan ilk müsbət addımdır.

XS
SM
MD
LG