Accessibility links

Məhkəməyə etiraz aksiyası


Hilal Məmmədovun məhkəməsinin qapalı keçirilməsinə etiraz

Hilal Məmmədovun məhkəməsinin qapalı keçirilməsinə etiraz

40 yaxın insan “Tolışi sado” qəzetinin redaktoru Hilal Məmmədovun hüquqlarının müdafiəsi ilə bağlı piket keçirib

Martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında “Tolışi sado” qəzetinin redaktoru Hilal Məmmədovun hüquqlarının müdafiəsi ilə bağlı piket keçirilib. H.Məmmədovun hüquqlarını Müdafiə Komitəsi tərəfindən təşkil olunmuş aksiyada 40-a yaxın adam iştirak edib. Onlar H.Məmmədovun azadlığa buraxılmasını tələb ediblər. Bu, son ayda H.Məmmədovun müdafiəsilə bağlı dördüncü aksiyadır.

Aksiyanı beynəlxalq İnsan Hüquqları Federasiyası müşahidə ediblər. Qurumun tərkibində Rusiyanın “Memorial”, Qırğızıstanın “Vətəndaşlar korrupsiya əleyhinə” təşkilatlarının əməkdaşları da olub.

Qapalı keçirilən prosesdə məhkəmə dinləmələri təxirə salınıb. Buna şahid Elman Quliyevin təkrar dindirilməsi və ona bir neçə əlavə sualın verilməsi ilə bağlı H.Məmmədovun vəsatəti səbəb olub.

Vəkilin dediyinə görə, E.Quliyev demək olar ki, yeganə şahiddir ki, H.Məmmədovun vətən xaini olduğunu bildirir.

Qeyd edək ki, E.Quliyev öz ifadəsini həbsdə verib və “Tolışi sado” qəzetinin əvvəlki redaktoru mərhum Novruzəli Məmmədovun da əleyhinə ifadə vermişdi. Növbəti məhkəmə iclası martın 27-nə təyin edilib.
XS
SM
MD
LG