Accessibility links

Hilal Məmmədov məhkəmə heyətinə etiraz edib


Hilal Məmmədov
Hilal Məmmədov

O, qanunsuz narkotik maddə saxlamaqda, dövlətə xəyanətdə, millətlərarası ədavətin qızışdırılmasında ittiham olunur. Məmmədov ittihamı sifariş hesab edir

Mayın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Tolışi sado” qəzetinin redaktoru Hilal Məmmədovun işi üzrə məhkəmə prosesi davam edib.

Açıq dinləmələrdə 234.4.3 maddəsi (böyük miqdarda narkotik maddənin qanunsuz saxlanması və satışı) üzrə ittihama baxılıb.

H.Məmmədov bildirib ki, ittiham uydurmadır və narkotik maddəni onun üzərinə polis polkovniki qoyub.

“Mənim mənəviyyatım, ictimai fəaliyyətim və dini etiqadım narkotik vasitə əldə etməyə yol vermir”, - H.Məmmədov vurğulayıb.

O qeyd edib ki, hakimiyyət narkotik maddələrdən gənclərə və dini fəallara qarşı istifadə edir.

“Narkotik maddə üzrə ittiham digər ittihamlarla əlaqələndirilib”, - o vurğulayıb.

İstintaq bildirib ki, H.Məmmədov 1992-ci ildən İran xüsusi xidmətinin tapşırığı ilə narkoticarətlə məşğul olub və “talış separatizmi”ni bu vəsaitə ilə saxlayıb.

“Bütün bunlar cəfəngiyyatdır”, - H.Məmmədov vurğulayıb.

Onun çıxışı zamanı hakim bir neçə dəfə H.Məmmədovun sözünü kəsərək “mahiyyəti üzrə” danışmağı tələb edib. H.Məmmədov və vəkilləri bundan hiddətlənərək ifadə azadlığının təmin olunmasını tələb ediblər.

Hakimin hərəkətindən qəzəblənən H.Məmmədov məhkəmə heyətinə etirazını bildirib. Bununla əlaqədar gələn çərşənbə gününə qədər məhkəmədə fasilə elan edilib.

H.Məmmədov 2012-ci il iyunun 21-də həbs edilib. O, qanunsuz narkotik maddə saxlamaqda, dövlətə xəyanətdə, millətlərarası ədavətin qızışdırılmasında ittiham olunur. Lakin yerli və beynəlxalq təşkilatlar hesab edirlər ki, H.Məmmədov siyasi motivlərlə təqib olunur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG