Accessibility links

Vicdan məhbusu: Sizi vicdanınızın səsini dinləyərək 2x2=4 olduğunu deməyə çağırıram


Hilal Məmmədov
Hilal Məmmədov

Hilal Məmmədov hakimi ədalətli qərar verməyə çağırır. O dövlətə xəyanət ittihamı ilə 5 il azadlıqdan məhrum edilib

Vicdan məhbusu Hilal Məmmədov barəsindəki cinayət işinə baxacaq Ali Məhkəmənin hakimi İnqilab Nəsirova müraciət ünvanlayıb.

“Talışi sədo” qəzetinin redaktoru Hilal Məmmədov 2012-ci ilin iyununda narkotik maddə saxlamaq ittihamı ilə həbsə alınıb. Daha sonra ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsində 5 il müddətinə azadlıqdan məhrum olunması barədə qərar çıxarılıb. Beynəlxalq “Amnesty İnternational” hüquq müdafiə təşkilatı H.Məmmədovu “vicdan məhbusu” elan edib.

İyunun 12-də Ali Məhkəmədə H.Məmmədovun kassasiya şikayətinə baxılması gözlənilir.

H.Məmmədov bu cinayət işini “qondarma” adlandırır və məhkəmədən ədalətli qərar gözləmədiyini deyir. Eyni zamanda müəllif bu cinayət işi ilə bağlı materialın hazırlanmasında iştirakçı olan hər kəsi ölkəni və hüquq-mühafizə sistemini dünyada biabır etməkdə suçlayır.

“Baxdığım bir-iki filmdəki səhnələr istisna olmaqla narkotikanın nə olduğunu bilmirəm və buna qarşı barışmaz mövqedəyəm”, deyən H.Məmmədov barəsindəki narkotik maddə saxlamaq ittihamının yalan olduğunu bəyan edir.

Bundan əlavə, cinayət işində şahid kimi istifadə edilən şəxsin KQB (keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsi) -MTN (Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi) agenti və ruhi xəstə olduğu nəzərə çatdırılır. Bu ifadələr əsasında dövlətə xəyanət etmək ittihamının irəli sürülməsini cəfəngiyat adlandırır. Müəllif hələ məhkəmə istintaqı aparılmadan cinayətkar olması haqda hüquq mühifizə orqanlarının yaydığı bəyanatı təqsirsizlik prezumpsiyasının pozulması faktı sayır.
“Sizi vicdanınızın səsini dinləyərək 2x2=4 olduğunu deməklə haqqınıza sahib çıxmağa, bununla da cismən və ruhən azad olmağa çağırıram”, deyə vicdan məhbusu hakimi ədalətli qərar verməyə səsləyir.
“Talışi sədo” qəzetinin redaktoru Hilal Məmmədov 2012-ci ilin iyununda narkotik maddə saxlamaq ittihamı ilə həbsə alınıb. Daha sonra ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsində 5 il müddətinə azadlıqdan məhrum olunması barədə qərar çıxarılıb.

Beynəlxalq “Amnesty İnternational” hüquq müdafiə təşkilatı H.Məmmədovu “vicdan məhbusu” elan edib. İyunun 12-də Ali Məhkəmədə H.Məmmədovun kasasiya şikayətinə baxılması gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG