Accessibility links

Bu qız 2005-ci ildə, 18 yaşında ikən 15 milyon dollar pul qazanıb. Lizzi Maquayer tele-serialında iştirak edən Hillari Daff yeniyetmə qızlar tərəfindən ən çox sevilən aktrisadır.

Aktrisa karyerasında uğur qazanması və üç albom buraxması az imiş kimi, onun adına hətta ətir və paltarlar da satılır.

Hilari Daff: “Mattel gəlincik şirkəti eynən mənə bənzəyən gəlincik istehsal edib. Mənim bəxtim gətirib ki, ianə toplamaq üçün onlar məndən istifadə edib. Bu gəlinciklər satıldıqdan sonra əldə edilən bütün pullar GİCS xəstəliyinə yoluxmuş uşaqların fonduna köçürülür.”



Bütün bunlar yaxşı məqsədlər üçün idi. Lakin bir gəlincik brendə çevrilən texaslı gözəl üçün kifayət etmir.

Bir il sonra o, paltar dizayn etdiyi müştərilərinə Daff gəlincikləri hazırlamağa başlayır.


Hilari Daff: “Əlbəttə, bu mənim tərzimdir. Bu mənim geyinmək istədiyim, eyni zaman da özümü rahat hiss edə biləcəyim bir tərzdir. Və bu iki amili bir araya gətirmək, bu stili gəlinciklərin üzərində görmək və qızların bu gəlinciklərlə oynamaqları məni sevindirir.”
Nə qədər mülayim görünsə də, Hilari Daffın kanadalı Avril Lavin ilə aralarında uzun zamandır ədavət olduğu deyilir. Bu barədə məlumat onların Nyu-York şəhərində Maxim mərasimində qarşılaşarkən yaşadıqları dramadan sonra yayılıb.


2006-cı ildə Hilari Daff onu qarabaqara izləyən və oldürməklə hədələyən şəxsi məhkəməyə verir.

Baxmayaraq ki, onun televiziya karyerası cəld başlayır, onun kino aktrisa statusunun inkişafı bir qədər vaxt alır. 2004-cü ildə A Sinderella Hekayəsi və Raise Your Voice filmlərinə görə o, iki dəfə Razzie mükafatına nominasiyasiya edilir.

Lakin o, 2005-ci ildə çəkildiyi A Perfect Man filmində Hizer Loklerin qızı rolunda daha enerjili görünür.

Hilarinin nikbinliyinə baxmayaraq film tamaşaçıların o qədər də rəğbətini qazanmır və onu iki ildə üçüncü dəfə Razzie nominantı edir. Cheaper By The Dozen 2 filmi isə onu dördüncü dəfə nominant edir.

Paris Hilton tərəfindən ilhamlanaraq bacısı Hayley ilə birgə çəkildiyi film Hillarini ulduz edir.

Material Girls filmi varlandıqdan sonra pulsuz yaşamağın o qədər də pis olmadığını öyrənən iki kasıb bacılar haqdadır.

Hilarinin sözlərinə görə, film əslində tamaşaçıya ciddi mesaj çatdırır.

Hollivudda sülalənin birgə yeni, aktyor sənəti üzərində işləməsi alına bilərdi. Təəssüf ki, Material Girls filmi tamaşaçının urəyinə yol tapa bilmir. Madonnanın Maverik əyləncə şirkətinin istehsal etdiyi bu film dünya boyu 15 milyon dollardan az gəlir gətirir və Hilarini növbəti dəfə Razzie nominantı edir.
XS
SM
MD
LG