Accessibility links

O məhkəmənin qapalı keçirilməsinə etiraz edir. Baş redaktor vətənə xəyanətdə ittiham edilir

Yanvarın 30-da Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə Azər Məmmədovun sədrliyi ilə Hilal Məmmədovun işi üzrə məhkəmə prosesi davam edib.

Baş redaktorun qardaşı Səbahəddin Məmmədovun sözlırinə görə, H.Məmmədov prosesdə vəsatətlə çıxış edərək məhkəmə istintaqının açıq keçirilməsini tələb edib.

H. Məmmədov prosesin açıq keçirilməyəcəyi təqdirdə özünün məhkəməyə gətirilməməsini və hüquqlarini müdafiə etdiyi vəkillərin prosesə gəlməməsini istəyib. Hakim vəsatəti təmin etməyərək prosesin qapalı keçiriləcəyini elan edib.

Bundan sonra zaldan hamı çıxıb.

H.Məmmədov 2012-ci il iyunun 21-də həbs edilib. O, CM-nin 274 (dövlətə xəyanət), 283.2.2-ci (milli və dini ayrı-seçkiliyin salınması və 234.4.3-cü (qanunsuz narkotik maddənin saxlanması və yayılması) maddələri üzrə ittiham olunur.

Təqsiri sübuta yetirilərsə, baş redactor 15 ilədək azadlıqdan məhrum edilə bilər. Beynəlxalq hüquq müdafiə və jurnalist təşkilatları H.Məmmədovu vicdan məhbusu sayaraq dəfələrlə onun həbsdən dərhal azad olunmasını tələb ediblər.
XS
SM
MD
LG