Accessibility links

Hillari Klintonun email qalmaqalı [Video]


Hillari Klintonun email qalmaqalı
please wait

No media source currently available

0:00 0:03:09 0:00

Hillari Klintonun email qalmaqalı

Sabiq ABŞ dövlət katibi Hillari Klinton bildirib ki, vəzifədə olduğu zaman işi asanlaşdırmaq və bunun qeyri-qanuni olduğunu bilmədiyi üçün rəsmi işlərlə əlaqədar şəxsi email hesabından istifadə edib. Xanım Klintondan öncəki dövlət katibləri də şəxsi elektron poçt ünvanından istifadə ediblər, lakin Dövlət Departamentinin qanunları o zamandan bəri dəyişib.

Mən heş kəsə məxfi material göndərməmişəm. Orada heç bir məxfi məlumat yoxdur, çünki mən məxfilik tələblərindən xəbərdaram
Hillari Klinton

Klintonun dövlət katibi olduğu dövrdə rəsmi işlər üçün şəxsi email ünvanından istifadə etdiyi aşkar olunandan bəri, o, məsələ ətrafında mübahisələrə yol verməməyə çalışırdı. Xanım Klinton Nyu Yorkda BMT-də keçirilən tədbirdən sonra müxbirlərlə bu mövzu barədə danışıb.

“Mən dövlət katibi olduğum zaman, öz email hesabımdan istifadə etməyə başladım, çünki düşünürdüm ki, iş və şəxsi email-larım üçün bir ünvan işlətmək daha asandır. Buna isə Dövlət Departamenti tərəfindən icazə verilirdi.”

Klinton deyib ki, onun email yazışmalarının əksəriyyəti dövlət işçilərinin rəsmi email ünvanlarına göndərilib ki, onlar dərhal dövlətin məlumat sistemində qeydə alınıb. O, həmçinin bildirib ki, Dövlət Departamenti keçmiş dövlət katiblərinin şəxsi hesablarından göndərilən işlə bağlı emailların nüsxəsini təqdim etmək istədiyində o, bu tələbi dərhal həyata keçirib.

Çərşənbə axşamı Dövlət Departamentinin sözçüsü hökümətin Klintonun rəsmi email yazışmalarının 55 min səhifəlik surətini standartlara uyğun olduğunu yoxlamaq məqsədilə nəzərdən keçirəcəyini deyib. O, qeyd edib ki, bu proses bir neçə ay davam edəcək, daha sonra isə emaillar ictimaiyyətə təqdim olunacaq.

“Emaillar ictimaiyyətə açıq saytda yerləşdiriləcək. Çox yaxında mənim bu barədə daha çox məlumatım olacaq. 55 min səhifəlik emaillardan savayı yoxlayacağımız və ictimaiyyətə daha tez açıqlayacağımız 300 email artıq bəzi komitələrə təqdim olunub.”

Klintonun tərəfdarları keçmiş dövlət katibi Kolin Pauelin də şəxsi hesabından email göndərdiyini qeyd edir. O zaman Pauel ABŞ hökümət ofislərində 44 min yeni kompyuterin quraşdırılmasına nəzarət etdiyi üçün işçiləri modem texnologiyasında istifadə etməyə təşviq etmək məqsədilə onlara email göndərdiyini demişdi.

Mən dövlət katibi olduğum zaman, öz email hesabımdan istifadə etməyə başladım, çünki düşünürdüm ki, iş və şəxsi email-larım üçün bir ünvan işlətmək daha asandır. Buna isə Dövlət Departamenti tərəfindən icazə verilirdi
Hillari Klinton

“Mən şəxsi email ünvanınmda ona görə istifadə etməyə başladım ki, hamı bunu etsin və biz 21-ci əsrə aid bir idarə olaq, 19-cu əsrə yox. Amma mən o emailların heç birini saxlamamışam və biz indi Dövlət Departamenti ilə birgə işləyirik ki, onların öyrənmək istədikləri əlavə şey olsa mən onlara bildirim.”

Klinton Birləşmiş Ştatlara təhlükə yaradacaq heç bir məlumat göndərmədiyinə israr edir.

“Mən heş kəsə məxfi material göndərməmişəm. Orada heç bir məxfi məlumat yoxdur, çünki mən məxfilik tələblərindən xəbərdaram.”

Klintonun 2016-cı ildə demokratların prezidentiyə namizədi kimi göstəriləcəyi gözlənilsə də, o hələ öz qərarını açıqlamayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG