Accessibility links

Hillari Klinton : İran əməllərinin məsuliyyətini daşımalıdır

  • Amerikanın səsi

Hillari Klinton : İran əməllərinin məsuliyyətini daşımalıdır

Hillari Klinton : İran əməllərinin məsuliyyətini daşımalıdır

On illərdir ki, Amerika İranı terrorizmi dəstəkləyən ən fəal ölkə adlandırır. İran Hizbullah, Həmas və Taliban qruplarının hücumlarını dəstəkləyib, Argentinada yəhudilərin ictimai mərkəzinə qarşı bomba hücumunun arxasında durub. İndi isə İran bu siyahıya Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirinə qarşı sui-qəsd cəhdini də əlavə edib.

Amerikanın hüquq-mühafizə orqanları, kəşfiyyat agentliyi İranın İnqilab Qvardiyasının cinahı-Qüds qüvvələri rəsmilərinin göstərişi ilə hazırlanan sxem əldə edib. Sxemdə Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri Adel Əl-Cübeyrin öldürülməsinə 1.5 milyon dollar vəd edilir. İki iranlı- Amerika vətəndaşı Mənsur Ərbasiar və axtarışda olan Qüds qüvvələrinin rəsmisi Qulam Şakuri Meksikanın narkotik maddə qaçaqmalçılığı ilə məşğul olan qrupunun üzvlərini səfirin öldürülməsi üçün tutmağa cəhd edib. Onların müraciət etdiyi şəxs ABŞ-ın Meksadakı Narkotiklərlə Mübarizə Agentliyinin işçisi olub.

Amerikanın baş prokuroru Erik Holder bildirib ki, Ərbasiar İran hökumətinin rolunu etiraf edib. Həm o, həm də Şakuri xarici rəsmiyə qarşı sui-qəsd cəhdi, kütləvi qırğın silahlarının yayılması və beynəlxalq terrorçuluq konspirasiyası ittihamları ilə üzləşib.

ABŞ dövlət katib Hillari Klinton sui-qəsd cəhdini beynəlxalq və ABŞ qanunlarına zidd adlandıraraq, İran hökumətinin siyasi zorakılıqlar və terroizmin sponsorluğu sahəsində fəaliyyətlərini təhlükəli şəkildə genişləndirdiyini deyib.

"Bu təkcə İran, ABŞ və ya Səudiyyə Ərəbistanının məsələsi deyil.Səfirin hədəf alınması beynəlxalq zəmində müdafiəsi nəzərdə tutulan rəsmilərin qorunmasını nəzərdə tutan Müdafiə və Cinayətkarlığın cəzalandırılması konvensiyasının şərtlərini pozulması deməkdir. Konvensiyaya imza atan İran BMT-nin Təhlükəsizlik Şurası ilə qətnamənin şərtlərinə əməl edəcəyinə dair razılıq əldə edib. Belə bir ağılsız hərəkət beynəlxalq normalar və beynəlxalq sistemə ziddir".

Hillari Klinton deyib ki, İran əməllərinin məsuliyyətini daşımalıdır. “Amerika sui-qəsdin arxasında duran İran rəsmilərinə qarşı sanksiyalar tətbiq edib. Biz beynəlxalq tərəfdaşlarımızla bərabər İranın təcridinin dərinləşdirilməsinə çalışacağıq. Biz İran hökumətinə təzyiqlərimizi artırmaqla yanaşı, beynəlxalq sülh və təhlükəsiliyə hədə olan İranla bağlı ölçülərimizə digər ölkələri də cəlb edəcəyik” - deyə ABŞ dövlət katibi bildirib.

XS
SM
MD
LG